Accessibility links

2016-cı ildə Bakıda keçiriləcək Formula 1 Avropa Qran Pri yarışlarının biletlərinin satışına başlanıb.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov dekabrın 18-də keçirdiyi mətbuat konfransında bildirib ki, biletlərin qiymətləri müxtəlifdir. “Azərbaycan vətəndaşlarına biletlərin qiymətlərində 40 faizə qədər endirim ola bilər. Minimum biletin qiyməti 19 AZN olacaq. Çalışırıq ki, hamının biletləri əldə etmək imkanı olsun. Biletlərin satışı online fomada keçiriləcək", o qeyd edib.

Nazirin sözlərinə görə, keçirilən sorğu nəticəsində bəlli olub ki, 2016-cı ildə Bakıda keçiriləcək bu yarışa böyük maraq var: "Respondentlərin çoxu bu yarışları dəstəkləyir və bilet almaq istəyirlər. Biz əminik ki, bu yarış çox maraqlı olacaq".

Azad Rəhimov deyib ki, yarış keçiriləcək umumi tras 6 km olacaq. "Yarış maşınları 51 dəfə həmin trası yarış zamanı keçəcək. Həmin trasda 20 döngə var. Tras Bakının maraqlı yerlərindən keçir, o cümlədən dənizkənarı parkıdan, İçərişəhər ətrafından keçəcək. Yarışlar zamanı maşınların sürəti 340 km qədər çatacaq və biz düşünürük ki, bu yarışı daha çox maraqlı edəcək. 30 minə qədər bilet satılacaq”.

Nazir qeyd edib ki, hazırda Formula 1 yarışması ilə bağlı yolların hazırlanması üçün aparılan işlərə 12 milyon manat vəsait nəzərdə tutulub. "Bu günə qədər Formula 1 ilə bağlı əməliyyat şirkəti 5 milyon manat xərcləyib. Bu xərclər tədbirlərin, seminarların keçirilməsinə, əməliyyat xərclərinə, əmək haqlarının və digər xərclərin ödənilməsinə yönəlib".

A.Rəhimov deyib ki, qarşıda bir sıra işlər qalır."Məsələn, yol kənarına bardurların, setkaların quraşdırılması və s. Təxminən 3-4 aydan sonra yarışın büdcəsi tam formalaşacaq. Bu yolların təmiri yalnız yarış üçün deyil, yarışlardan sonra Bakı sakinləri də bu yeni yollardan istifadə edəcək".

A.Rəhimov bildirib ki, Formula 1 təşkilatı Bakıda yarışların keçirilməsi üçün Azərbaycana heç nə ödəmir."Biletlərdən gələn gəlir isə Azərbaycanın büdcəsinə yönəldilir. Bildiyiniz kimi, Formula 1 yarışının Azərbaycanda keçirilməsi üzrə müqavilə 10 illikdir. 5 ildir ki, biz bu yarışları keçiririk. Müqavilə sona çatandan sonra onu uzatmaq da mümkündür. Bakı şəhər halqası əməliyyat şirkətində 50-dənartıq Azərbaycan vətəndaşı, 3 xarici mütəxəssis çalışır. Biz çalışırıq, Azərbaycan vətəndaşları işləsinlər və bu yarışların keçirilməsində geniş təcrübə qazansınlar ki, gələn illərdə yarışları tam yerli mütəxəssislər aparsın, xarici mütəxəssislər cəlb olunmasın".

XS
SM
MD
LG