Accessibility links

Mercedesin pilotu Formula 1 Avropa Qran Prisinin qalibi olub


“Formula-1” Avropa Qran-Prisinin qalibi “Mercedes”in pilotu Niko Rosberq

“Formula-1” Avropa Qran-Prisinin qalibi “Mercedes”in pilotu Niko Rosberq

Azərbaycan paytaxtında keçirilən “Formula-1” Avropa Qran-Prisi “Mercedes”in pilotu Niko Rosberqin qələbəsi ilə başa çatıb. Belə ki, “Mercedes” komandasının pilotu Niko Rosberq 3 yarışdan sonra, Bakıda ilk dəfə keçirilən Avropa Qran Prisində inamlı qələbə qazanaraq çempionatda liderliyini qoruyub saxlayıb.

Onun trek üzrə ən yaxşı göstəricisi 1 dəqiqə 48,942 saniyə olub. İkinci yeri “Ferrari”nin pilotu Sebatian Fettel, üçüncü yeri isə isə “Force İndia”nın sürücüsü Serxio Peres tutub.

İyunun 17-də Bakıda “Formula-1” üzrə 8-ci Avropa Qran-pri yarışları start götürmüşdü. Qran-prinin birinci günündə “Formula-1” və GP2 seriyası üzrə sərbəst yürüşlər təşkil olunmuşdu.

İyunun 18-də sərbəst və sıralama yürüşü, GP2 üzrə isə birinci yarış keçirilib. İyunun 19-da Avropa Qran-pri yarışları və GP2 üzrə 2-ci yürüş keçirilib.

XS
SM
MD
LG