Accessibility links

Qərb diplomatları Azərbaycan müxalifəti ilə görüşür


Qərb diplomatları Azərbaycan müxalifəti ilə görüşür

Qərb diplomatları Azərbaycan müxalifəti ilə görüşür

Görüşdə ATƏT-in Bakı ofisinin rəhbəri, Avropa Şurası baş katibinin Azərbaycandakı nümayəndəsi, Böyük Britaniya səfiri, Almaniya, Avropa Birliyi, Polşa, ABŞ, Fransa və Türkiyənin Azərbaycandakı diplomatik nümayəndəliklərinin təmsilçiləri iştirak edir.

Müsavat Partiyasının qərargahında İctimai Palatanın Koordinasiya Şurasının üzvləri ilə Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusların rəhbərləri və təmsilçilərinin görüşü keçirilir.

Müsavat Partiyasından Amerikanın Səsi radiosuna bildiriblər ki, görüşdə ATƏT-in Bakı ofisinin rəhbəri Bilge Cankorel, Avropa Şurası baş katibinin Azərbaycandakı nümayəndəsi Konstantin Erokostopulos, Böyük Britaniya səfiri Kerolayn Braun, Almaniya, Avropa Birliyi, Polşa, ABŞ, Fransa və Türkiyənin Azərbaycandakı diplomatik nümayəndəliklərinin təmsilçiləri iştirak edir. Görüşə həmçinin İctimai Palatanın Koordinasiya Şurasının üzvləri İsa Qəmbər, Əli Kərimli, Vidadi Mirkamal, Mehriban Vəzir və Zəfər Quliyev qatılıb.

Görüşdə müxalifətin son etiraz aksiyaları zamanı həbs edilmiş fəalları, ölkədə fundamental azadlıqlar, Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi vəziyyəti, regionda ictimai-siyasi durum və Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məsələlər ətrafında fikri mübadiləsi aparıldığı bildirilir.

XS
SM
MD
LG