Accessibility links

Qərbi Azərbaycanın birinci gündəlik qəzeti yenidən çapa başlayıb

  • Insafəli Hidayət

Qərbi Azərbaycanın birinci gündəlik qəzeti yenidən çapa başlayıb

Qərbi Azərbaycanın birinci gündəlik qəzeti yenidən çapa başlayıb

İranın Mədəniyyət nazirliyi Azərbaycan vilayətlərində çap üçün icazə verilmiş nəşrlərin dəqiq siyahısı barədə məlumat yaymır. Qeyri rəsmi məlumatlara görə, Qərbi Azərbaycanda 42 dərgi və qəzet çap üçün icazə alıb. Onların 4-ü gündəlik, 19-u həftəlik, 14-ü aylıq olaraq və 4-ü hər üç ayda bir dəfə çap olunmalıdır.

“Araz Azərbaycan” qəzetinin redaktoru İbrahim Ağazadə Mehr Xəbər Agentliyinə bildirib ki, bu qəzetin ən önəmli məqsədi “İş bilən və iş yaradan idarə rəhbərlərinin təşviqi ilə və islahat məqsədilə tənqiddir”. Qəzet oktyabr ayında 4-5 dəfə, noyabrdan başlayaraq isə hər gün nəşr olunacaq”.

İranın Mədəniyyət nazirliyi Azərbaycan vilayətlərində çap üçün icazə verilmiş nəşrlərin dəqiq siyahısı barədə məlumat yaymır. Qeyri rəsmi məlumatlara görə, Qərbi Azərbaycanda 42 dərgi və qəzet çap üçün icazə alıb. Onların 4-ü gündəlik, 19-u həftəlik, 14-ü aylıq olaraq və 4-ü hər üç ayda bir dəfə çap olunmalıdır.

İran qanunlarına görə, ölkənin beş regionunda dərgi və qəzet həmin bölgənin əhalisinin dilində nəşr oluna bilməz. Amma iki və ya üç dildə çap olunmasına imkan verilir. Belə ki, Qərbi Azərbaycan vilayətinin 42 nəşrindən 10-15 türk dilində bir neçə səhifə çap edə bilir. Digər qəzet və dərgilər tamamilə fars dilində çap olunur.

Şərqi Azərbaycan əyalətində isə 72 qəzet və jurnal çap olunur. Onlardan “Məhdi Azadi”, “Əsri Azadi”, “Fəcri Azərbaycan”, “Saebi Təbriz”, “Surxab”, “Əmin”, “Ərk” və “Azərbaycan” hər gün nəşr edilir.

Zəncan əyalətinin Mədəniyyət idarəsinin verdiyi məlumata görə, bu vilayətdə 21 mətbu nəşr var. Onların 11-i fars dilində çap olunur. Ancaq 10 qəzet türk və fars dillərində yayılır. Təbii ki türkdilli səhifələrin sayı fars bölümündən bir neçə dəfə azdır.

Ərdəbil vilayətinin şəhərlərində 35 dərgi və qəzet nəşr üçün İran dövlətindən izin alıb. Onların içində gündəlik çap olunan yoxdur. Onların 26-sı həftəlik, 7-si aylıq və 2-si hər üç ayda bir dəfə nəşr edilir.

Ümumilikdə, İranda 4 Azərbaycan vilayətlərində 170 qəzet və dərgi nəşr üçün icazə alıb. Amma, bu nəşrlərin bir çoxu hökumət tərəfindən bağlanıb, bəzilərinin çapına isə imkan verilmir.

XS
SM
MD
LG