Accessibility links

Avropa Ittifaqının nümayəndə heyəti Şimali Koreyanın ərzaq ehtiyaclarını nəzərdən keçirir

  • Amerikanın səsi

Avropa Ittifaqının nümayəndə heyəti Şimali Koreyanın ərzaq ehtiyaclarını nəzərdən keçirir

Avropa Ittifaqının nümayəndə heyəti Şimali Koreyanın ərzaq ehtiyaclarını nəzərdən keçirir

Avropa rəsmilərindən ibarət nümayəndə heyəti Şimali Koreyanın ərzaq ehtiyaclarını nəzərdən keçirmək üçün kommunist ölkəsinə səfər edir.

Beş üzvlük heyət iyunun 17-dək Şimali Koreyada qalacaq və paytaxtla yanaşı ətraf regionları gəzəcək. Nümayəndə heyətinin rəhbəri Marco Capurro Kyodo xəbər agentliyinə bildirib ki, qrup öz tapıntılarını beynbəlxalq təşkilatlarla və bu yaxınlarda oxşar missiya tamamlamış ABŞ nümayəndə heyəti ilə bölüşəcək.

ABŞ heyətinin rəhbəri və insan haqları üzrə elçi Robert King ərzağa ehtiyac olması barədə hələlik konkret qənaətə gəlinmədiyini bildirib. O, deyib ki, hətta ehtiyac olsa belə, Şimali Koreya donorları əmin etməlidir ki, yardım ən çox ehtiyacı olanlara gedəcək.

XS
SM
MD
LG