Accessibility links

Rəsmilərin bildirdiyinə görə, bazar günü Oreqon ştatının Albani şəhərindəki məktəbdə bomba hücumu həyata keçirməyi planlaşdıran yeniyetmə həbs edilib. Həbs edilən şəxsin oxuduğu məktəbə yerləşdirdiyi bombanın zərərləşdirildiyi deyilir.

Albani polis idarəsindən kapitan Erik Karter 17 yaşlı Qrant Akordun üzərində yaxşı işlənmiş və sənədləşdirilmiş plan üzrə hərəkət etdiyini deyib.

Qərbi Albanii məktəbinin şagirdi Akord keçən həftənin cümə axşamı məktəbdə bomba hücümü həyata keçiriləcəyi barədə xəbərdarlıq alınandan sonra həbs edilib.

Kapitan Karter Qrant Akordun çümə axşamı gecə anası ilə birtlikdə yaşadığı evdə heç bir insident olmadan həbs edildiyini bildirib.

Evdə aparılan axtarış zamanı şübhəlinin yataq otağının döşəməsi altında 6 ədəd əldəqayırma bomba, Molotov kokteyli və boru bombaları aşkar edilib.
XS
SM
MD
LG