Accessibility links

Aysberqin həcmi 120 kvadrat kilometrdir

NASA peyki Qrelandiyanın qütbündə yerləşən buzlaq ərazidən böyük bir aysberqin qopmasının foto şəkillərini çəkib.

Ərazisi təxminən Nyu York şəhərinin Manhattan adası ilə (təxminən 120 kv. km.) eyni böyüklükdə olan aysberq Qrenlandiyanın Peterman buzlağından bu həftənin əvvəli qopub.

NASA-nın Aqua peyki göstərir ki, aysberq torpaq üzərində mövcud olan buz çayından ayrılıb
Buzda baş verən çatlar ilk dəfə 2001-ci ildə qeydə alınmışdı.

Bu, iki il ərzində Peterman buzlağından, böyük aysberqin parçalanıb ayrılmasını göstərən ikinci hadisədir.

2010-cu ildə parçalanan buzlaq bu həftəki aysberqdən iki dəfə böyük olub.

Buzlaqlardan aysberqlərin yaranması normal haldır, lakin bu hadisənin tez-tez baş verməsi və aysberqlərin ölçüsu alimlər arasında qlobal iqlim dəyişikliyinə dair narahatlıq doğurur.
XS
SM
MD
LG