Accessibility links

Amerikada son 10 ildə ən ağır qrip mövsümü başlayıb



ABŞ-ın Xəstəliklərə Nəzarət Mərkəzinin bildirdiyinə görə, son 10 ildə Amerikada ən ağır qrip epidemiyası mövsümü başlayıb. 44 ştatda qeydə alınan xəstəliklə xəstəxanalara mürəciət edənlərin sayı iki dəfə artıb.

Boston şəhərinin meri ictimai sağlamlıqla bağlı fövqəladə vəziyyət elan edib. Bu şəhərdə xəstələrin sayı digər yerlərlə müqayisədə on dəfə artıqdır.

ABŞ-ın səhiyyə rəsmiləri qrip mövsümünün bu il bir ay əvvəl başladığını deyir. H3N2 virusu daha çox yaşlıların ölümünə səbəb olur.

Xəstəliklərə Nəzarət Mərkəzi qripə qarşı peyvənd vurulmasını məsləhət görür. Belə ki, vaksinlər 60-70 faiz qripdən müdafiəni təmin edir.
XS
SM
MD
LG