Accessibility links

Çində aşkar edilən quş qripi insanlar arasında yayılmır


Ümumdünya Səhiyyə Təşkilatı Çində aşkarlanan yeni quş qripinin insanlar arasında yoluxucu olmasına dair heç dəlil olmadığını bildirib.

Çinin şərqində H7N9 virusundan 6 nəfər həyatını itirib və 15 nəfər bu xəstəliyə yoluxub.

Bu, insanlarda aşkar edilən ilk H7N9 virusudur. Ümumdünya Səhiyyə Təşkilatının Çindəki nümayəndəsi Maykıl Oleari narahatlığa ehtiyac olmadığını deyib.

Rəsmilər virusun qarşısını almaq üçün region boyu quş bazarlarını bağlayıb, ticarətinə qadağa qoyub və bütün quşların məhvinə başlayıbıar.

Regiondakı bu təhlükə Şanqay indeksində mehmanxana və turizm gözstəricilərinin azalmasına səbəb olub.

H5N1 kimi tanınan quş qripi virusu 10 il əvvəl 37 insanın ölümünə və 600-dən çox insanın yoluxmasına səbəb olmuşdu.
XS
SM
MD
LG