Accessibility links

Qırmızı Dəniz limanı Aqabaya düşən raket bir nəfərin ölümü və ikisinin yaralanması ilə nəticələnib


Qırmızı Dəniz limanı Aqabaya düşən raket bir nəfərin ölümü və ikisinin yaralanması ilə nəticələnib
Qırmızı Dəniz limanı Aqabaya düşən raket bir nəfərin ölümü və ikisinin yaralanması ilə nəticələnib

Raket İnterkontinental Otelinin qarşısındakı küçəyə düşərək bir taksini partladıb, taksi sürücüsü həlak olub

İordanya rəsmiləri bildirib ki, Qırmızı Dəniz limanı Aqabaya düşən raket bir nəfərin ölümü və ikisinin yaralanması ilə nəticələnib. Raket İnterkontinental Otelinin qarşısındakı küçəyə düşərək bir taksini partladıb və taksinin sürücüsünü həlak edib. İsrail polisi deyib ki, bir neçə raket də cənubi Eilat şəhərinə atılıb. Lakin hər hansısa xəsarət və itki barədə məlumat verilməyib. Bu iki şəhər İsrail-İordanya sərhəd boyu bir birindən bir neçə kilometrlik məsafədə yerləşirlər. Rəsmilər raketin haradan və kimlər tərəfindən atıldığını araşdırırlar. Misirin təhlükəsizlik rəsmiləri raketin Sinai yarmadası yaxınlığından atıldığını təxmin edir. Bu il ərzində bu ərazi artıq ikinci dəfədir ki, hədəf alınır. Aprel ayında Aqaba şəhəri raket hücumuna məruz qalmış, lakin xəsarət alan almamışdı.

XS
SM
MD
LG