Accessibility links

Qırmızı Xaç Homsun bəzi məhəllələrinə yardım gətirib


Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti Homs şəhərində şiddətli hücumlara məruz qalmış Baba Əmr məhəlləsi ətrafındakı ərazilərə humanitar yardım çatdırıb. Amma hökumət qüvvələri üçüncü güdnür ki, Qırmızı Xaç əməkdaşlarına Baba Əmrə daxil olmağa imkan vermirlər.

Fəallar bütün Suriya boyu hökumət qüvvələrinin müxalifətə qarşı basqılar həyata keçirdiyni xəbər verirlər. Bu gün çox sayda didərgin zorakılıqlar üzündən evərini tərk edərək Livana üz tutub.

Temperaturun soyuq olduğu və ərzaq çatışmazlığı ilə üzləşən Baba Əmrdə ilişib qalmış mülki vətəndaşların taleyi humanitar yardım işçilərində böyük narahatlıq doğurur. Üsyançılar Bəşar əl-Əsədə sadiq qüvvələrin arasıkəsilməz bombardmanına məruz qaldıqdan sonra Homsun bir sıra hissələrində mövqelərini tərk ediblər.

Fəallar deyirlər ki, Suriya hökuməti humanitar yardım işçilərinin üsyançılara qarşı törədilən qətliamı görmələrini istəmir.

Suriya dövlət televiziyası Həma şəhəri yaxınlığında öldürülmüş üsyançıların meyitlərini göstərib. Dövlət televiziyası döyüşçülərin ABŞ və İsraildən silah aldıqlarını iddia edir. Şahidlər həmçinin Suriya əsgərlərinin Dəra şəhərində məktəbə reyd keçirərək Əsədə qarşı nümayiş keçirmiş şagirdləri döydüklərini xəbər verir.

XS
SM
MD
LG