Accessibility links

Qırmızı Xaçın nümayəndələri Suriyanın bəzi regionlarına baş çəkiblər


Qırmızı Xaçın nümayəndələri Suriyanın bəzi regionlarına baş çəkiblər
Qırmızı Xaçın nümayəndələri Suriyanın bəzi regionlarına baş çəkiblər

Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəhbəri Jakob Kellenberger deyib ki, Suriya hökuməti onunla birgə ölkəyə gəlmiş komitə heyətinə Dəməşqdəki mərkəzi həbsxanaya baş çəkməyə icazə verib.

“Hələlik biz Homs, Həma, İdlib, Latakiya, Cisr əl-Şüğur və başqa yerlərə gedərək orada sakinlərə ərzaq və dərman paylamışıq. Lakin qarşıda görüləsi çox iş var,” deyə Qırmızı Xaçın sözçüsü bildirib.

Dəməşqdə görüşlər keçirən Kellenberger nümayişçilərə qarşı sərt basqıları prezident Bəşar əl-Əsədlə müzakirə edib.

Qırmızı Xaçın rəhbəri cənab Əsədlə təhlükəsizlik qüvvələrinin zordan istifadəsi və saxlanılanların ləyaqətinə hörmət edilməsi haqda danışdığını bildirib.

XS
SM
MD
LG