Accessibility links

Qroznıda atışma


Rusiyanın Milli Anti-Terrorist Komitəsinin bildirdiyinə görə, Çeçenistanın paytaxtı Qroznıda atışma zamanı 10 polis işçisi həlak olub. Güclü silahlanmış islamçı yaraqlıların hücumu nəticəsində 28 insan yaralanıb.

Rusiya rəsmiləri yarqlılarının öldürüldüyünü bildirib.

Associated Press-in məlumatında 9 yaraqlının həlak olduğu deyilir.

Yaraqlılar 3 maşınla yaxınlıqdakı binaları atəşə tutmazdan əvvəl polis məntəqəsinə hücum edib.

Onmərtəbəli Mətbuat Evini ələ keçirən yaraqlıların 6-sı öldürülüb. Digərləri isə yaxınlıqdakı məktəb binasında təslim olub.

Çeçenistanın Kreml tərəfdarı prezidenti Ramzan Kadırov yaraqlıların qumbaralar da daxil edilməklə, ağır silahlardan istifadə etdiyini bildirib.

İğtişaş Rusiya prezidenti Vladimir Putinin illik müraciəti vaxtına təsadüf edib.

XS
SM
MD
LG