Accessibility links

Çeçenistan paytaxtı Qroznıda Şəhər günü münasibətilə tədbirə minlərlə insanın toplaşdığı zaman baş vermiş intihraçı hücumu nəticəsində dörd polis işçisi həlak olub.

Polis konsert zalına girişdə şübhəli görünüçı malik şəxsi axtaran zaman intiharçı üzərindəki partlayıcıları işə salıb. Rusiyanın İnterfaks xəbər agentliyi polis işçilərinin intiharçının konsert zalına daxil olmasının qarşıını ala bildiyi haqda məlumat verib.

1990-cı illərdə iki müharibədən sonra Kreml tərəfdarı olan hazırkı lider Ramzan Kadırov tərəfindən idarə edilən Çeçenistanda vəziyyətin bir qədər sabitləşdiyi müşahidə edilir. Bazar günü eyni zamanda Ramzan Kadırovun ad günü qeyd edilir.

Show comments

XS
SM
MD
LG