Accessibility links

Qroznının mərkəzində partlayış baş verib


Paytaxt Qroznının mərkəzində baş vermiş partlayış zamanı prezident Ramzan Kadirov heç bir xəsarət almayıb

Rusiyanın Çeçenistan regionunda yerli hakimiyyət rəsmiləri deyib ki, dünən axşam Kremlin təyin etdiyi prezidenti konsertin başlanmasını gözləyən anda teatrın həyətində intiharçı özünü partladıb. Paytaxt Qroznının mərkəzində baş vermiş partlayış zamanı prezident Ramzan Kadirov heç bir xəsarət almayıb. Lakin beş polis və iki mülki vətəndaş yaralanıb. Rəsmilər partlayışın hədəfinin Kadirov olub-olmadığını müəyyən edə bilməyib. Kadirovun idarəsinin açıqladığı bəyanatda qeyd edilir ki, teatrda keşik çəkən polis özünü şübhəli aparan şəxsi müşahidə edib. Lakin polis şübhəli şəxsə atəş açarkən, o partlayıcı qurğunu işa sala bilib. Bundan başqa, polisin Dağıstan respublikasının paytaxtı Mahaçqala yaxınlığındakı meşədə yanmış avtomobilin içərisində üç cəsədin bədən hissələrini aşkar etdiyi bildirilir. Polis deyib ki, avtomobildəki üç sərnişinin maşının içində partlayıcı qurğunun işə düşməsi nəticəsində həlak olduğu ehtimal edilir.

XS
SM
MD
LG