Accessibility links

Qırğızıstan ABŞ-la müqavilənin uzadılmayacağını bəyan edib

  • Amerikanın səsi

Qırğızıstan ABŞ-la müqavilənin uzadılmayacağını bəyan edib

Qırğızıstan ABŞ-la müqavilənin uzadılmayacağını bəyan edib

Qırğızıstan prezidenti Almazbek Atambayev ABŞ-ın mülki hava limanı yaxınlığında baza saxlamasının təhlükəli olduğunu bildirib. Prezident ABŞ-ın ölkədə səfərdə olan dövlət katibinin yardımçısı Robert Bleykə illik icarəsi 150 milyon təşkil edən bu bazanın yaratdığı riskə dəyməz olduğunu bildirdiyini deyib.

Qırğız lideri Bişkekdə keçirilən mətbuat konfransında deyib ki, Amerika 2014-cü ildə müqavilə başa çatdıqdan sonra bazanı tərk etməli və ya Rusiya ilə digər bir bazanın yaradılması barədə iş aparmalıdır.

Keçən ay Atambayev Amerikanın İraq və Əfqanıstan münaqişələri və İranla pisləşməkdə olan əlaqələrinə görə bu bazadan onlara qarşı istifadə edilməsinin əleyhinə olduğunu bildirib.

Prezident hazırkı müqavilənin şərtlərinə ehtiram göstərdiyini, lakin müqavilənin uzadılmayacağını bəyan edib.

Bazanın bağlanması Rusiyanın mənafeyinə xidmət etmiş olacaq. Belə ki, bu, həmin ölkədə bazaya malik olan Rusiyanın təsir gücü deməkdir.

Qırğızıstan prezidenti bu qərarın Rusiyanın təsiri altında verildiyi barədə ittihamları rədd edib.

XS
SM
MD
LG