Accessibility links

Qırğızıstanda iğtişaşlar çox sayda adamın ölümü ilə nəticələnib


Son iki gündə Bişkekdə ən azı 40 adam həlak olub.

Qırğızıstan paytaxtında polislə nümayişçilər arasında baş verən toqquşma nəticəsində bir neçə nümayişçinin öldürülməsindən sonra hökumət ölkədə fövqəladə vəziyyət elan edib. Şahidlər və polis xəbər verir ki, son iki gündə Bişkekdə ən azı 40 adam qətlə yetirilib, 400-dən çox adam isə yaralanıb. Şahidlər deyir ki, polis nümayişçiləri dağıtmazdan əvəl gözyaşardıcı qazdan və səksəndirici qumbaralardan istifadə edib. Prezident Kurmanbek Bakiyevin istefasını tələb edən nümayişçilər zirehli maşının köməyi ilə hökumət binasının darvazasını yıxmağa çalışıblar. İğtişaşlar nümayişçilərin inzibati hökumət idarəsini ələ keçirdikləri Narın şəhərinə də yayılıb. Fəalların sözlərinə görə Kurmanbek Bakiyevin repressiv siyasəti Qırğızıstanda ehtirasları qızışdırıb. Talasda nümayişçilər yerli polis binasına hücum etmiş və müvəqqəti olaraq regional qubernatoru girov götürmüşlər. Qırğızıstan rəsmiləri Talasda azı 85 polis işçsinin yaralandığını xəbər verir. Hökumət rəsmiləri iğtişaşlara bir neçə müxalifət liderini həbs etməklə cavab veriblər. Tutulanlar arasında Almazbek Atrambayev, sabiq parlament spikeri Omurbek Tekebayev və Temir Sarıyev var.

XS
SM
MD
LG