Accessibility links

Qırğızıstanda yeni konstitusiya təsdiq olundu


Seçki rəsmiləri bu gün deyiblər ki, ümummilli referendumda demək olar ki, seçicilərin 90 faizi yeni konstitusiyanı dəstəkləyib

Qırğızıstanda seçicilər prezidentin səlahiyyətlərini məhdudlaşdıran və seçilmiş parlamentə daha çox səlahiyyət verən yeni konstitusiyanı əksər səs çoxluğu ilə təsdiq ediblər. Seçki rəsmiləri bu gün deyiblər ki, ümummilli referendumda demək olar ki, seçicilərin 90 faizi yeni konstitusiyanı dəstəkləyib. 2.7 milion seçicinin təxminən 70 faizi səsvermədə iştirak edib. Bazar gününün referendumu Cənubi Qırğızıstanda baş verən etnik zorakılıqdan üç həftə sonra keçirildi. Iyunun 10-da etnik qırğızlar və özbəklər arasında başlamış münaqişə zamanı azı 294 nəfər qətlə yetirilmişdi. Bazar gününün seçkiləri dinc keçib. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) bu gün deyib ki, müvəqqəti hökumətin prosesləri dinc məcraya yönəltməsi diqqətə layiqdir. Müvəqqəti prezident Roza Otunbayeva qanunverici orqan üzrə seçkilər bu ilin sonunda keçirilənə qədər dövlətə başçılıq etməyi planlaşdırır .

XS
SM
MD
LG