Accessibility links

Qırğızıstanda etiraz nümayişi keçirilib


Qırğızıstanda etiraz nümayişi keçirilib

Qırğızıstanda etiraz nümayişi keçirilib

Ata-Yurt partiyasının tərəfdarları Qırğızıstan təhlükəsizlik xidmətinin rəhbərinin istefasını tələb edir

Qırğızıstan paytaxtı Bişkekdə yüzlərlə insan toplaşaraq tanınmış millətçi lideri öldürməyə cəhddə ittiham etdikləri təhlükəsizlik xidmətinin rəhbərinin istefasını tələb edir. Ata-Yurt (Ata-Zhurt) partiyasının lideri Kamçibek Taşıyevin tərəfdarları Qırğızıstan təhlükəsizlik xidmətinin rəhbəri Keneşbek Duşənbəyevin istefasına çağırır. Taşiyev təhlükəsizlik xidmətinin rəhbərini dünən onun evinə daxil olaraq siyasi motivli hücumla onu öldürməyə cəhddə ittiham edir. Nümayişçilər habelə oktyabrın 10-da keçirilən parlament seçkilərinin nəticələrinin açıqlanmasını tələb edir. Bu günədək olan nəticələr Taşiyevin Ata-Yurt Partiyasının öndə olduğunu göstərir, ancaq seçki rəsmiləri hələlik bunu nə rəsmi olaraq təsdiqləyiblər, nə də seçki nəticələrinin dəstəklədiklərini bildiriblər.

XS
SM
MD
LG