Accessibility links

Qırğızıstanda toqquşmalar zamanı ölənlərin dəfn mərasimi keçirilir


Qırğızıstanda toqquşmalar zamanı ölənlərin dəfn mərasimi keçirilir

Qırğızıstanda toqquşmalar zamanı ölənlərin dəfn mərasimi keçirilir

Müxalifət liderləri qurbanları demokratiya uğrunda canlarından keçən qəhrəmanlar adlandırıb

Minlərlə insan Qırğızıstanda son iğtişaşlar zamanı həlak olan insanları dəfn etmək üçün bu gün paytaxt yaxınlığında bir araya gəlib. Mərasimdə iştirak edən müxalifət liderləri qurbanları demokratiya uğrunda canlarından keçən qəhrəmanlar adlandırıblar. Dəfn mərasimi Bişkek yaxınlığındakı Ata-Beyit qəbiristanlığında keçirilib. İnsanlar çərşənbə günü nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında baş vermiş toqquşma zamanı ölənlərin xatirəsini yad ediblər. “n azı 79 nəgərin ölümü ilə nəticələnən zorakılıqlar president Kurmanbek Bakiyevin paytaxtdan qaçması ilə nəticələnmişdir. Müvəqqəti hökumətim başçısı Roza Otunbayeva insanlara deyib ki, ədalət və demokratiya bərpa olunacaq. O, parlament sistemli hökumətin qurulacağına söz verib. Xanım Otunbayeva istefaya gedəcəyi təqdirdə president Bakiyevin təhlükəsiz şəkildə ölkədən çıxarılmasına şərait yaradılacağını təklif edib.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG