Accessibility links

Qırğızıstanda yüz minlərlə adam didərgin düşüb


BMT-nin humanitar işlər üzrə şöbəsinin sözçüsü deyir ki, 100,000 adam Qırğızıstanı tərk edərək qonşu Ozbəkistanda sığınacaq tapıb

BMT xəbər verir ki, Qırğızıstanda etnik zorakılıqlar 400,000 insanın evlərindən didərgin düşməsi ilə nəticələnib. BMT-nin humanitar işlər üzrə şöbəsinin sözçüsü deyir ki, 100,000 adam Qırğızıstanı tərk edərək qonşu Ozbəkistanda sığınacaq tapıblar. İyunun 10-da qırğızlarla özbəklər arasında baş verən toqquşmalar son 6 gündə 190 adamın həyatına son qoyub. İndi cənubi Oş və Cəlalabad şəhərlərində nisbi sakitlikdir. Qırğızıstanda ümummilli matəmin ikinci günü yaşanır. Qırğız əsgərləri Oş küçələrində patrul çəkirkən bütün ölkə boyu bayraqlar yarıya endirilib. Tədricən Qırğızıstanın cənubuna xarici yardım axını güclənməkdədir.

XS
SM
MD
LG