Accessibility links

Qırğızıstanın cənubunda baş verən hadisələri araşdıran müstəqil beynəlxalq komissiya hesabat açıqlayıb


Qırğızıstanın cənubunda baş verən hadisələri araşdıran müstəqil beynəlxalq komissiya hesabat açıqlayıb
Qırğızıstanın cənubunda baş verən hadisələri araşdıran müstəqil beynəlxalq komissiya hesabat açıqlayıb

2010-cu ilin iyun ayında Qırğızıstanın cənubunda baş verən hadisələri araşdıran müstəqil beynəlxalq komissiya hesabat açıqlayıb. Komissiya ölkə prezidenti Roza Otunbayevanın Avropa Parlamenti, ATƏT-in Parlament Assambleyasının Orta Asiya üzrə xüsusi nümayəndəsinə komissiyanın təşkili barədə müraciətindən sonra təşkil edilib. Komissiyanın mandatı BMT, ATƏT, MDB və İnsan Hüquqları üzrə Ali Komissarlığın məsləhəti ilə müəyyən edilmişdi. Komissiya hadisələrlə əlaqədar bütün faktları araşdırmalı idi. Hazırkı hesabat analizlər və müsahibələrə əsaslanır. Burada 750 şahid ifadəsi, 700 sənəd, minlərlə foto-şəkil və video fraqmentləri yer alır. Bu yolla Oş və Cəlalabad hadisələrinin detallı şəkildə təsviri mümkün olub. Hadisələr regionun tarixi və siyasi kontekstində izah edilməli idi. Komissiya bildirir ki, Qırğızıstandakı etnik özbəklər ictimai həyatda tam təmsil edilmir, hakimiyyətdə vakuum mövcuddur və Qırğızıstan siyasətində etno-millətçilik güclənməkdədir. Komissiya bundan əlavə qeyd edir ki, Qırğızıstanın cənub bölgəsində siyasi rəqabət, zəif təsisatlar, qanunun aliliyinin zəifliyi aprel ayının 7-də Bakiyevin hakimiyyətdən devrilməsinə yol açıb. Hadisələr insan tələfatı, dağıntılara səbəb olub. Ölənlərin əksəriyyəti etnik özbəklərdir. 470 adamın həlak olduğu bildirilir. 1900 adama xəstəxanalarda tibbi yardım göstərilib. 111 min insan Özbəkistana üz tutub, minlərlə insan ölkədaxili məcburi köckünə çevrilib. Əksəriyyəti etnik özbəklərinki olmaqla, çoxsaylı mülkiyyət sıradan çıxıb. 2800 evə ziyan dəyib. Komissiya qırğızların da həyat, səhhət və əmlak baxımından ciddi itkilərə məruz qaldığını bildirir. Hadisələrə izahat verilərkən, odlu silahlardan istifadə edilməsi ən narahatedici fakt kimi göstərilir. Polis və hərbiçilərə hücum edən kütlə onların silahlarını əllərindən alıb. Onların bir hissəsi sonradan geri qaytarılsa da, 80 ədəd silah və 19 min döyüş sursatı hələ də qaytarılmayıb. İyun zorakılıqları hərbi cinayət və ya qenosid kimi qiymətləndirilməsə də, Oşda məhəllələrə qarşı hücumlar məhkəmədə sübuta yetirilsə, bu, bəşəriyyətə qarşı cinayətlkarlıq kimi dəyərləndirilə bilər.

Hesabatın rus dilində tam mətnini burada izləyin:

XS
SM
MD
LG