Accessibility links

Qırğızıstanın müvəqqəti hökuməti Kurmanbek Bakiyevə qarşı kütləvi qırğın törətmək ittihamı irəli sürüb


Qırğızıstanın müvəqqəti hökuməti ölkədə baş verən iştişaşlar nəticəsində vəzifəsindən devrilmiş prezident Kurmanbek Baliyevə qarşı kütləvi qırğın itihamı irəli sürüb. Müvəqqəti hökumət başçısının müzvini Əzimbek Beknazarov bu gün deyib ki, rəsmilər Belarusda sığınacaq tapmış cənab Bakiyevin bu ittihamı rəsmən boynuna almasını istəyirlər. Dünən isə müvəqqəti hökumət sabiq prezidentin toxunalmazlığı və səlahiyyətlərinin əlindən alınması barədə qərara qəbul etdi. Müvəqqəti hökumət cənab Bakiyevin təhlükəsizlik qüvvələrinə aprel ayının 7-də hökumətə qarşı keçirilən etiraz aksiyaları iştirakçılarına atəş açmağa göstəriş verdiyini deyir.

XS
SM
MD
LG