Accessibility links

Qırğızıstanın müvəqqəti hökuməti İnterpoldan Kurmanbek Bakiyevin həbsinə yardım etməsini xahiş edib


Qırğızıstanın müvəqqəti hökuməti İnterpoldan Kurmanbek Bakiyevin həbsinə yardım etməsini xahiş edib

Qırğızıstanın müvəqqəti hökuməti İnterpoldan Kurmanbek Bakiyevin həbsinə yardım etməsini xahiş edib

Azimbek Beknazarov hökumətinin devrilmiş prezidentin həbs edilməsinə yardıma çağırdığını deyib

Qırğızıstanın müvəqqəti hökuməti Beynəlxalq Polis Agentliyi - İnterpoldan devrilmiş prezident Kurmanbek Bakiyevin həbs edilməsində yardım etməsini xahiş edib. Müvəqqəti hökumətin baş nazir müavini Azimbek Beknazarov bu barədə açıqlamanı bu gün müxbirlərlə söhbəti zamanı verib. Bu ayın əvvəli İnterpol cənab Bakiyevin oğluna qarşı saxtakarlıq ittihamı irəli sürüldüyü və onun axtarışı barədə məlumat yayımışdı. Cənab Beknazarov bu gün eləcə də bildirib ki, hökumət devrilmiş liderin Türkiyədə olduğu barədə xəbəri də araşdırır.

XS
SM
MD
LG