Accessibility links

Qırğızıstanın müvəqqəti hökuməti yeni hökumətin ölkə ordusu və ABŞ tərəfindən dəstəkləndiyini deyir


Roza Otunbayeva Birləşmiş Ştatlar da daxil edilməklə, bir neçə dövlətin Qırğızıstana yardım təklif etdiyini bildirib

Qırğızıstanın müvəqqəti hökuməti yeni hökumətin ölkə ordusu və Birləşmiş Ştatlar tərəfindən dəstəkləndiyini deyir. Roza Otunbayeva bu gün bildirib ki, Qırğızıstan ordusu yeni hökumətə arxa durur. O, keçən həftə prezident Kurmanbek Bakiyevin vəzifəsindən qovulduqdan sonra Birləşmiş Ştatlar da daxil edilməklə, bir neçə dövlətin Qırğızıstana yardım təklif etdiyini deyib. Avropa Birliyi isə yeni hökumətlə Kurmanbek Bakiyev arasında vasitəçilik etmədiyini ,yeni hökumətlə işləyəcəyini bildirib.

Cənab Bakiyev isə Teyitdə onu dəstəkləyənlər qarşısındakı çıxışında hələ də keçmiş Sovet respublikasının başçısı olaraq qaldığını deyib. Fransa xəbər agentliyi isə cənab Bakiyevin müvəqqəti hökuməti “quldurlar” adlandırdığını bildirib.

XS
SM
MD
LG