Accessibility links

Qırğızıstanın Oş şəhərində atışma olub


Hadisə Kurmanbek Bakiyev tərəfdarları qarşısında çıxış edən zaman baş verib

Şahidlərin sözlərinə görə, Qırğızıstanda hakimiyyətdən salınmış president Kurmanbek Bakiyevin bu gün çıxış etdiyi Oş şəhərində keçirilən yürüş zamanı atışma baş verib. Atışma baş verən zaman cənab Bakiyev 2000-ə yaxın tərəfdarı qarşısında yenicə çıxış etməyə başlamışdı. İlk olaraq kimin atəş açması aydın olmasa da, telekanalda göstərilən kadrlar bir qrup Bakiyev əleydarının tribunaya yaxınlaşdığı nümayiş etdirilir. Cənab Bakiyevin mühafizəçiləri onun qarşısında düzülərək devrilmiş prezidenti qorumağa çalışıb və havaya atəş açıb. Müvəqqəti hökumət tərəfdarları isə hadisə yerindən 300 metr aralıda yürüş keçiriblər. İtkilər barədə heç bir məlumat verilməyib. Kurmanbek Bakiyevin xəsarət almadan hadisə yerindən uzaqlaşdırıldığı bildirilir.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG