Accessibility links

Qırğızıstanın Oş və Cəlalabad şəhərlərində vəziyyət gərgin olaraq qalır


Özbəkistanın fövqəladə hallar rəsmiləri deyir ki, zorakılıqlar nəticəsində on minlərlə özbək Qırğızıstandan qaçmağa məcbur olub

Qırğızıstanda iğtişaş törədən dəstələr 100 nəfəri qətlə yetirib. 1200-dən çox insanın isə xəsarət aldığı bildirilir. İğtişaşlar müvəqqəti hökuməti 3 gündür davam edən qarışıqlığı yatırmaq üçün ölkənin cənubuna ehtiyat qüvvələrini göndərilməyə vadar edib. Özbəkistanın fövqəladə hallar rəsmiləri deyir ki, zorakılıqlar nəticəsində on minlərlə özbək Qırğızıstandan qaçmağa məcbur olub. Məcburi köçkünləri qəbul etmək üçün bütün Özbəkistan boyu düşərgələr salınıb. Evlərindən didərgin düşənlərin çoxu yaralılar və evləri qırğız silahlı dəstələrinin hücumuna məruz qalan özbəklərdir. Oş və Cəlalabad sabiq prezident Kurmanbek Bakiyevin siyasi bazası hesab olunur.

XS
SM
MD
LG