Accessibility links

Quantanamo həbsxanasının sabiq məhbusu öldürülüb

  • Amerikanın səsi

Quantanamo həbsxanasının sabiq məhbusu öldürülüb

Quantanamo həbsxanasının sabiq məhbusu öldürülüb

Quantanamo həbsxanasının sabiq məhbusu Əl-Qaidənin aparıcı üzvü kimi Əfqanıstana qayıtdıqdan sonra NATO və Əfqanıstan qüvvələri tərəfindən öldürülüb. Koalisiya qüvvələrinin bəyanatında Sabar Lalın dünən gecə Nanqahar vilayətində qətlə yetirildiyi bildirilir. Sənəddə o, Kunar vilayətində hücumların məsuli kimi göstərilir. Bəyanatda bildirilir ki, Lal Əl-Qaidənin Kunar və Pakistandakı lidetrləri ilə təmasda idi. Onun Talibanla da əlaqəsi olduğu deyilir. NATO dünənki əməliyyatlar zamanı bir neçə şübhəlinin nəzarət altına alındığını bildirir.

XS
SM
MD
LG