Accessibility links

Quantanamodan daha bir məhbus azad edildi


ABŞ-ın Kubanın Quantanamo körfəzindəki hərbi həbsxanasından azad edilən yəmənli məhbus Qərbi Afrikanın Kabo-Verde ölkəsinə göndərilib.

Pentaqonun açıqlamasında deyilir ki, Şövqi Avad Balzuheyr adlı məhbus onun saxlanmasına əsas və Amerikanın milli maraqlarına hədə olmadığı üçün azad edilib.

Bəyanatda Amerikanın bu Afrika ölkəsinə humanitar dəstəyi və Quantanamo məhbəsinin bağlanmasına yardımı üçün təşəkkür ifadə edilib.

Hazırda həbsxanada cəmi 59 məhbusun saxlandığı bildirilir.

ABŞ prezidenti Barak Obama məhbəsin tam bağlanacağına vəd versə də, bir çox respublikaçı və demokrat qanunvericinin müxalifəti ilə üzləşib.

Donald Tramp seçkiqabağı kampaniyaları zamanı məhbəsi açıq saxlayacağına söz verib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG