Accessibility links

Bazar ertəsi Oman ABŞ-ın Kubada yerləşən Quantanamo həbsxanasından 10 məhbusu qəbul etdiyini bildirib.

Bununla ABŞ hərbi dəniz donanmasının idarə etdiyi təcridxanada 50-dan az məhbus qalır. Bir zamanlar isə orada 800-ə yaxın məhbus var idi.

Burada 2001-ci ildən bəri Yaxın Şərq və Əfqanıstanda aparılan terrora qarşı mübarizədə ələ keçirilən məhbuslar saxlanılır.

Quantanamo insan haqları fəlları tərəfindən tənqid edilir, çünki oradakı məhbusların çoxu illər boyu məhkəməyə çıxarılmadan saxlanılır və məlumat əldə etmək üçün onlar işgəncələrə məruz qalırlar.

Prezident Barak Obama 2009-cu ilin yanvarında təcridxananı bağlayacağına söz vermişdi, lakin Konqres onun bu cəhdlərinin qarşısını aldı.

Obama administrasiyası bəzi məhbusları ittiham olunmaq üçün öz ölkələrinə, bəzilərini başqa ölkələrə geri göndərib, bəzilərini isə məhkəməyə çıxarılmadan azadlığa buraxıb.

XS
SM
MD
LG