Accessibility links

Oman ABŞ-ın Quantanamo məhbəsində saxlanılan 6 yəməlini qəbul edib


Oman ABŞ-ın Quantanamo məhbəsində saxlanılan 6 yəməlini qəbul edib. Onlar Omana bu gün yola düşüb.

ABŞ-ın Müdafiə Nazirliyinin bəyanatında Oman hökumətinə humanitar jestinə görə minnətdarlıq və Amerikanın Quantanamo məhbəsinin bağlanmasına dəstək verdiyi üçün təşəkkür bildirilir.

Uzun müddət həbsdə saxlanılanların azad edilməsi beynəlxalq ictimaiyyətin tənqidlərindən sonraya təsadüf edir. Hazırda həbsxanada saxlanılan 106 nəfərin əksəriyyətinə qarşı heç bir ittiham irəli sürülməyib.

Barak Obama ilk dəfə prezident seçildiyi vaxt həbsxananın bağlanacağına vəd vermişdi. Lakin qanunvericilər və Pentaqon onun səylərinə mane olmuşdu.

XS
SM
MD
LG