Accessibility links

Onlar on ildən çoxdur ki, Quantanamoda saxlanılırdı

Birləşmiş Ştatlar Kubada Quantanamo həbsxanasında saxlanılan beş yəmənli məhbusu Birləşmiş Ərəb Əmirliklərinə köçürüb.

Petaqon bazar günü yaydığı bəyanatda beş aşağı səviyyəli məhbusun ABŞ həbsxanasında on ildən çox saxlandığını açıqlayıb. Onların heç biri rəsmən cinayət törətməkdə ittiham olunmayıb.

Transferdən sonra Quantanamo həbsxanasında məhbusların sayı 107-ə enib. Onların 48-nin öz ölkələri və ya üçüncü bir ölkəyə yerləşdiriləcəyi artıq rəsmiləşdirilib.

Obama administrasiyası terrorçuların Quantanamo məhbəsindən ekstremizmi yaymaq vasitəsi kimi istifadə etdiklərini deyir.

Obama administrasiyası terrorçuların Quantanamo məhbəsindən ekstremizmi yaymaq vasitəsi kimi istifadə etdiklərini deyir.

Adil Səid Əl-Busays, Xalid Əbd Əl-Qadasi, Əli Əhməd Məhəmməd Əl-Rahizi, Süleyman Əl-Nəhdi və Fəhmi Əl-Sani 2001-ci ildə Pakistan və Əfqanıstan qüvvələri tərəfindən saxlanılıb və daha sonra Birləşmiş Ştatlara təhvil edilib.

Yəməndəki münaqişə Obama administrasiyasının məhbusları oradan öz dövlətlərinə keçirməsinin qarşısını alıb. Əvəzində onların üçüncü ölkədə yerləşdirilməsi üçün danışıqlar aparılmalıdır.

Prezident Obama üçün Quantanamo həbsxanasını bağlamaq prioritetdir və o bildirir ki, yaraqlılar həbsxananaya daha çox döyüşcü cəlb etmək aləti kimi baxırlar ki, bu da ABŞ-ın imicinə ziyan vurub.

XS
SM
MD
LG