Accessibility links

ABŞ Quantanamodan daha çox məhbusu başqa ölkəyə köçürməyə hazırlaşır


ABŞ-ın hərbi rəsmiləri Konqresi Kubada Quantanamo hərbi bazasında terrorçuların saxlandığı həbsxanadakı onlarla məhbusun başqa ölkəyə təhvil verilməsi ilə bağlı məlumatlandırdıqlarını bildirib.

Adlarının açıqlanmasını istəməyən rəsmilərin xəbər agentliklərinə verdiyi məlumata görə artıq iki ölkə Quantanmo məhbuslarını qəbul etməyə razılıq verib.

Başqa ölkəyə köçürüləcək məhbuslardan biri 37 yaşlı Yəmən vətəndaşı Tariq Ba Odahdır. 2007-ci ildə aclığa başlayandan sonra məcburi qidalandırılan Tariq Ba Odahın çəkisinin indi 33 kiloqram olduğu deyilir.

O, Quantanamoda saxlanılan 91 məhsbudan biridir.

Quantanamo məhbəsi prezident Corc Buşun hakimiyyəti dövründə ABŞ-ın başçlığı ilə Əfqanıstanda müharibə zamanı terrorizmdə şübhəli bilinən şəxslərin saxlanması üçün açılmışdı.

Hazırda Tariq Ba Odah da daxil olmaqla 31 məhbusun Quantanamo məhbəsindən başqa ölkəyə köçürülməsi haqda qərar verilib.

Gələn bir neçə gün ərzində bir neçə məhbus artıq başqa ölkəyə köçürüləcək. Digərlərinin isə gələn həftələr Quantanamonu tərk edəcəyi gözlənilir.

Quantanamo həbsxanası məhbusların qeyri-müəyyən müddətdə məhkəməsiz saxlanmasına görə insan haqlarının pozulması simvolu kimi həm Birləşmiş Ştatların özündə, həm də xarici ölkələrdə tənqidlərə məruz qalıb. Prezident Barak Obama hakimiyyətə gəldiyi vaxt Quantanamo məhbəsini bağlaycağına söz verib, lakin Konqres onun bu səylərinə qarşı çıxıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG