Accessibility links

Prokuror Quba hadisələrinin 8 iştirakçısı barəsində hökm çıxarmağı təklif edib


Quba hadisələri
Quba hadisələri

Prokuror ittiham olunan şəxslərə 5-6 il həbs istəyib

Quba rayon məhkəməsində 1 mart Quba hadisələrində ittiham olunan 8 nəfərin işi üzrə prosesdə dövlət ittihamçısının çıxışı olub.

Prokuror Roza Şıxəliyeva məhkəmədən Fərhad Əbdürrəhmanov və Samir Xanməmmədovu 6 il azadlıqdan məhrumetmə, Səxavət Ələsgərovu 5 il 3 ay, Samir Talıbov, Alxas Danyalov, Mətləb Dadaşov, Sərvin Çobanov və Murad Zakirovu 5 il həbs cəzasına məhkum etməyi istəyib. Bu barədə Turan agentliyinə Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin regional nümayəndəsi Avtandil Məmmədli bildirib.

Müttəhimlər əmlakı qəsdən məhv etməkdə, ictimai asayişi pozmaqda, polis əməkdaşlarına qarşı güc tətbiq etməkdə ittiham olunur.

Lakin onlar təqsirlərini qismən qəbul edirlər. Təqsirləndirilən şəxslər və müttəhimlərin doğmaları prokurorun təklif etdiyi cəza tədbirlərinə qarşı etirazlarını bildiriblər.

Növbəti məhkəmə iclası dekabrın 11-də keçiriləcək.

Elə həmin gün Quba hadisələrində ittiham olunan daha 9 nəfərin işi üzrə proses keçiriləcək. Bir müddət əvvəl prokuror onlardan birinin 6, digərlərinin 5 il həbs cəzasına məhkum edilməsini təklif edib.

Quba rayon məhkəməsində iş üzrə daha 7 təqsirləndirilən şəxsin işi üzrə proses davam edir.

Quba hadisələri ilə əlaqədar digər 6 şəxs, o cümlədən şəhər bələdiyyəsinin sədri Elxan Əliyev, “Xəyal TV” regional Quba televiziyasının icraçı direktoru Vüqar Qonaqov və Zaur Quliyev də istintaq altındadır.

Martın 1-də minlərlə Quba sakini mitinqə çıxaraq, İnternetdə yerli sakinləri təhqir etdiyini əks etdirən videosüjetlə əlaqədar rayon icra hakimiyyəti başçısı Rauf Həbibovun istefasını tələb ediblər. Aksiya iğtişaşa çevrilib, Həbibovun villası yandırılıb, rayon icra hakimiyyətinin binasına ziyan dəyib.

Növbəti gün Həbibov rayon icra hakimiyyəti başçısı vəzifəsindən azad edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG