Accessibility links

Quba hadisələrinin iştirakçılarına hökm oxunur


Quba hadisələri
Quba hadisələri

Məhkəmə daha doqquz nəfərə hökm oxuyub

Bu il martın 1-də Quba rayonunda baş verən hadisələrlə bağlı həbs edilən 9 nəfərə hökm oxunub.

Məhkəmənin hökmü ilə Səxavət Fayizi 5 il, Xəyyam Yunusov 4 il müddətinə azadlıqdan məhrum edilib, təqsirləndirilən digər 7 nəfərə isə 3 il şərti iş kəsilib.

Quba hadisələr ilə bağlı 30-dan çox insan istintaqa cəlb edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 186.2.1 (əmlakı qəsdən məhvetmə və ya zədələmə (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə), 186.2.2 (əmlakı qəsdən məhvetmə və ya zədələmə (yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi qaldırılıb.

Quba Rayon Məhkəməsində dekabrın13-də isə təqsirləndirilən daha 8 nəfərə hökm oxuyub.

Təqsirləndirilənlərdən Abdurəhmanov Fərhad Nəsib oğlu 5 il, Ələsgərov Səxavət Şakir oğlu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Digər şəxslər isə 3 il müddətinə şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıblar.

Quba Rayon İcra Hakimiyyətinin sabiq başçısı Rauf Həbibovun 2011-ci il noyabrın 22-də sosial məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədə səsləndirdiyi təhqiramiz fikirləri hörmətsizlik kimi qəbul edən qubalılar 2012-ci il martın 1-də icra hakimiyyətinin inzibati binası qarşısında etiraz aksiyası keçirib. Etirazçılar Rauf Həbibovun villasını yandırıb, icra hakimiyyətinin əlavə tikililərinə ziyan dəyib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG