Accessibility links

Qubada etiraz aksiyası keçirilir [Videolar]


Qubada etiraz aksiyası keçirilir
please wait

No media source currently available

0:00 0:01:45 0:00

Qubada etiraz aksiyası keçirilir

Yanvarın 15-də Quba rayonunda (Bakıdan 167 kilometr şimal) bir qrup yerli sakin qiymətlərin bahalaşmasına etiraz olaraq aksiya keçirir.

Yerli sakinlərdən biri Amerikanın Səsinə bildirib ki, sakinlər işsizlik, bank kreditləri, ünvanlı sosial yardım və sairə problemləri qaldırıb. Rayon icra başçısı və digər rəsmi şəxslər aksiyaçıları dinləyəndən sonra onlardan dağılışmağı xahiş edib.

Azadlıq Radiosunun müxbirinin Qubadan verdiyi məlumata görə isə camaat Qubanın mərkəzindəki “Köhnə avtovağzal” deyilən yerə toplaşıb.

Camaatın qarşısına çıxan İcra başçısı onların qəbul ediləcəyi və problemlərin həllinə çalışacaqlarını vəd edib.

Amma aksiyaçılar buna məhəl qoymayıb və Quba-Bakı yolunu bağlamağa cəhd göstəriblər.

Əraziyə cəlb edilən daxili qoşunlar su şırnağı və gözyaşardıcı qazla camaatı dağıtmağa çalışır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG