Accessibility links

Məhkəmə prosesi Quba rayon məhkəməsində keçiriləcək

Quba hadisələri ilə bağlı həbsdə olan 8 nəfərin gələn həftə Quba rayon məhkəməsində hakim Zamin Tahirovun sədrliyi ilə hazırlıq iclası başlayacaq. Bu barədə Turan agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, Cinayət Məcəlləsinin 186.2.2-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə günahlandırılan 8 nəfərin cinayət işinin istintaqını Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşləri üzrə İstintaq İdarəsi avqustun sonlarında yekunlaşdırıb. Cinayət işi baxılması üçün avqustun 8-də Quba rayon məhkəməsinə göndərilib.
Agentlik Quba rayon məhkəməsində işlərinə baxılacaq 8 nəfərdən 7-nin adını öyrənə bilib. Bunlar Fərhad Abdurahmanov, Alxas Dənyalov, Səxavət Vaizi, Samir Xanmədov, Xəyyam Yunusov, Zəmistan Əmiraslanov və Səfər Qəribovdur.
Xatırladaq ki, 2012-ci il martın 1-də Qubada baş verən qarşıdurma ilə bağlı otuzadək insan istintaqa cəlb edilib. İstintaqa cəlb edilmiş digər şəxslərlə bağlı istintaq işləri davam etdirilir.
XS
SM
MD
LG