Accessibility links

Qubad İbadoğlu Dövlət Departamentində görüş keçirib


Qubad İbadoğlu (Foto Qubad İbadoğlunun Facebook səhifəsindən götürülüb)
Qubad İbadoğlu (Foto Qubad İbadoğlunun Facebook səhifəsindən götürülüb)

Hazırda Vaşinqtonda səfərdə olan Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu aprelin 3-də ABŞ-ın Dövlət Departamentində görüşlərini davam etdirib.

ABŞ Dövlət Departamenti
ABŞ Dövlət Departamenti

İbadoğlu Facebook səhifəsində bildirir ki, bu dəfə o enerji proqramları bürosunun idarəçilik və şəffaflıq ofisinin rəhbəri Meri Varlik və həmin ofisin əməkdaşı Haley Raislə görüşüb. Görüş zamanı müzakirələr Azərbaycanın beynəlxalq təşəbbüslərə qoşulması və onların reallaşdırılmasında ictimai iştirakçılığa həsr olunub.

Q.İbadoğlu bildirir ki, Dövlət Departamentində növbəti görüşü apelin 6-da olacaq. Həmin gün ADR Hərəkatının sədri ilə daha geniş tərkibdə müzakirələr planlaşdırılır.

Həftə ərzində ADR Hərəkatının sədri ABŞ-ın Beynəlxalq Əlaqələr üzrə Milli Demokratiya İnstituitunun Avrasiya proqramının direktoru Laura Jevetlə və həmin proqramın meneceri Kristina Jefferslə də görüş keçirib. Həmin görüşün əsas müzakirə mövzusu Azərbaycandakı ictimai-siyasi vəziyyət, vətəndaş cəmiyyətinin və siyasi partiyaların durumu olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG