Accessibility links

Qubad İbadoğlu: Qarabağı bizdən alan erməni əlcəyinin içindəki rus caynaqları deyilmi?


Qubad İbadoğlu (Foto Qubad İbadoğlunun Facebook səhifəsindən götürülüb)

Qubad İbadoğlu (Foto Qubad İbadoğlunun Facebook səhifəsindən götürülüb)

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının rəhbəri Qubad İbadoğlu son zamanlar Azəarbaycan rəsmilərinin, rəsmi və iqtidaryönümlü mediasının ABŞ-a qarşı ittihamediçi çıxışlarına münasibət bildirib.

Qubad İbadoğlu Facebook səhifəsində yazıb ki, son günlərdə ABŞ-a qarşı Azərbaycanın idarəolunan mətbuatının fasiləsiz olaraq tirajladığı yalan dolu yazıların məntiqini başa düşə bilmir. Çünki, normal məntiqlə onu anlamaq o qədər də asan deyil.

“Ona görə ki, birincisi, Azərbaycan kimi yeni suveren dövlətlərin müstəqillik əldə etməsində və bu vacib dəyərin bu günə kimi qorunub saxlanılmasında ABŞ-ın əvəzsiz rolu olub. İkincisi, ABŞ Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımadığını dəfələrlə bildirib. Hətta, bu günlərdə də ABŞ Dövlət Departamenti mayın 3-də qondarma Qarabag Respublikasında keçiriləcək seçkilərin nəticələrini qəbul etməyəcəyini də bəyan etdi. Nəhayət, ABŞ-da gücü yəhudi lobbisindən çox da az olmayan erməni diasporunun davamlı təzyiqlərinə baxmayaraq uydurma "soyqırım" ABŞ Senatının gündəliyinə belə daxil edilmədi. Ən başlıcası isə indiki şəraitdə ABŞ kimi fövqəl qüvvəni inkar edən Azərbaycan yerləşdiyi bölgədə geosiyasi vəziyyətin gərginləşdiyi və Rusiyanın təzyiqlərinin artdığı bir zamanda ikiqütblü xarici siyasətini necə və nə ilə balanslaşdıracağı xeyli suallar doğurur”.

Onun fikrincə, Azərbaycanı regionda fərqləndirən tarazlı xarici siyasətinin bir qütbündə ABŞ dayanmasaydı, yəqin ki, Rusiya Azərbaycanı çoxdan özünküləşdirmişdi.

“Məgər, Qarabağı bizdən alan erməni əlcəyinin içindəki rus caynaqları deyilmi? Hazırda dəyişən bir qütblü siyasətin istənilən fəsadları ilə qarşılaşa bilərik. Odur ki, gərək çox diqqətli olaq”, o qeyd edir.

XS
SM
MD
LG