Accessibility links

Rayon icra hakimiyyəti başçısı zərərçəkəndir, ona 205.244 manat ziyan dəyib

Avqustun 30-da Quba Rayon Məhkəməsində 1 mart hadisələrinə görə tutulan 9 nəfərin mühakiməsi başlayıb. “Media forum” saytının məlumatına görə işə hakim Etibar Quliyevin sədrliyi ilə baxılır.

Məhkəmə qarşısına çıxarılan Yunusov Xəyyam Sahib oğlu, Fayizi Səxavət Ağahüseyn oğlu, Nəcəfi Ələkbər Zülfüqar oğlu, Ələsgərov Niyaməddin Nurəddin oğlu, Məhərrəmov Elgün Nadir oğlu, İlyasov Rəşad Tahir oğlu, Mürşudov Rafiq Vahid oğlu, Qəribov Tapdıq Tacı oğlu və Qəribov Bəhruz Qəribbaba oğlu Cinayət Məcəlləsinin 186.2.1 (əmlakı qəsdən məhvetmə və ya zədələmə - zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə), 186.2.2 (əmlakı qəsdən məhvetmə və ya zədələmə - yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda); 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunurlar.
Bundan öncə isə hadisələrlə bağlı eyni maddələrlə ittiham edilən 8 nəfərin məhkəməsi başlayıb.

Eyni zamanda, Quba hadisələrinə görə həbs olunan daha yeddi nəfərin istintaqı da yekunlaşıb.
Vəkil Əsabəli Mustafayev deyib ki, təqsirləndirilənlər Akif Əliyev, Habil Əliyev, Zimistan Əmiraslanov, Səfər Qəribov, Samir Abdullayev, Telman Dadaşov və Məmmədhəsən Ələkbərova əmlakı qəsdən məhvetmə və ya zədələmə, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və bu cür hərəkətlərdə fəal iştirak, hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə ittihamları irəli sürülüb.

Bu il martın 1-də Qubada icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Aksiya toqquşmalar və zorakılıqla müşayiət olunub. İcra hakimiyyətinin yardımçı binaları, icra başçısı Rauf Həbibovun şəxsi evi yandırılıb. Martın 2-də prezident İlham Əliyev Rauf Həbibovu başçı vəzifəsindən azad edib.

Qubada baş verənlərin istintaqını Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır. İndiyədək bu işə görə 17 nəfər məhkəmə qarşısına çıxarılıb. Bununla yanaşı, hadisələrlə bağlı həbs edilən Xəyal televiziyasının jurnalistləri, Quba bələdiyyəsinin sədri və digərlərinin nə vaxt məhkəmə qarşısına çıxarılacağı hələ məlum deyil.

Bu il martın 1-də Qubada icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Aksiya toqquşmalar və zorakılıqla müşayiət olunub. İcra hakimiyyətinin yardımçı binaları, icra başçısı Rauf Həbibovun şəxsi evi yandırılıb. Martın 2-də prezident İlham Əliyev Rauf Həbibovu başçı vəzifəsindən azad edib.
Qubada baş verənləri araşdıran Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi bu hadisələr nəticəsində ümumilikdə 232.686 manat dəyərində maddi ziyan vurulduğu qənaətinə gəlib. İstintaq belə bir rəy verib ki, bu məbləğin 205.244 manatı rayon icra hakimiyyətinin başçısı Rauf Həbibova dəymiş ziyandır.

Aksiyaçılar icra başçısının 2011-ci il noyabrın 22-də rayonda keçirdiyi müşavirədə səsləndirdiyi bəzi fikirləri qubalılara hörmətsizlik kimi qəbul etdiklərini vurğulayıb. Toqquşmalar və zorakılıqla müşayiət olunan 1 mart aksiyası zamanı rayon icra hakimiyyətinin yardımçı binaları, Rauf Həbibovun şəxsi evi yandırılıb.

“Media forum” saytının məlumatına görə, istintaq Rauf Həbibovun Qubanın Timiryazyev qəsəbəsindəki fərdi yaşayış evinin giriş darvaza qapısının əzilməsi, hasarın küncünün qoparılması, evin və həyətyanı torpaq sahəsində yerləşən köməkçi tikililərin yandırılması nəticəsində icra başçısına 87.844 manat, evdə olan müxtəlif təyinatlı əmlakların məhv edilməsi nəticəsində isə ona 117.400 manat ziyan vurulduğu haqda rəy verib. Beləliklə, istintaq müəyyənləşdirdiyi 232.686 manatlıq ziyanın 205.244 manatının Rauf Həbibova dəymiş ziyan olduğunu bildirib.

Yerdə qalan 27.442 manatlıq ziyanın isə, istintaqın hesablamasına görə, 23.913 manatı Quba Rayon İcra Hakimiyyətinin inzibati binasına hücum zamanı vurulub. Bu məbləği hesablayarkən istintaq belə rəy verib ki, rayon icra hakimiyyətinin inzibati binasının girəcəkdəki divar şüşələrinin sındırılması, divarlara zədələr yetirilməsi, binanın həyətində yol kənar sahələrinə bərkidilmiş metal barmaqlıqların sındırılması, onların altına hörülmüş kərpiclərin, daşların uçurulması, işıq dirəyində işıqların, qonaq evində qapıların, şüşələrin sındırılması, divarlara zədələr yetirilməsi, qonaq evində otaqların qapılarının əzilməsi, mebel avadanlıqlarının, işıq çıraqlarının, yeməkxana pəncərələrinin sındırılması, həyət hasarının uçurulması, iki ədəd qaraj tikilisinin yandırılması nəticəsində 13.913 manat, bu binalarda olan müxtəlif təyinatlı əmlakların məhv edilməsi nəticəsində 10.000 manat ziyan vurulub.

İstintaq ümumi ziyanın qalan 3.529 manatının avtomobillərə vurulduğu barədə rəy verib.
Beləliklə, istintaqın hesablamasına görə, Quba hadisələri zamanı 232.686 manatlıq ziyanın 205.244 manatı Rauf Həbibovun evinə, 23.913 manatı icra hakimiyyətinin binasına, 3.529 manatı avtomobillərə vurulub.
XS
SM
MD
LG