Accessibility links

Prokuror Quba hadisələrinin təşkilatçılığında günahlandırılanlara iş istəyib


Quba hadisələri
Quba hadisələri

Dövlət ittihamçısı Xəyal televiziyasının əməkdaşlarına 4 il yarım istəyib. Müttəhimlər özlərini günahkar bilmir

Fevralın 25-də Xaçmaz rayon Məhkəməsində hakim Anar İbrahimovun sədrliyi ilə Quba hadisələrinin təşkilatçılığında ittiham olunan 6 nəfərin işi üzrə məhkəmə prosesində prokurorun çıxışı olub.

Prokuror Əhəd İbrahimov Quba rayon bələdiyyəsinin sədri Elxan Əliyevə 6 il, “Xəyal” TV-nin icraçı direktoru Vüqar Qonaqova 4 il 6 ay, baş redaktoru Zaur Quliyevə 4 il 6 ay, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşı Zakir Məmmədova 5 il, yanacaqdoldurma məntəqəsinin təsisçisi Gülağa Ağayevə 3 il, Muxtar Ələkbərova 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası tələb edib.

Proses martın 12-də vəkillərin çıxışı ilə davam edəcək.

2012-ci il martın 1-də minlərlə Quba sakini mitinqə çıxaraq, İnternetdə yerli sakinləri təhqir etdiyini əks etdirən videosüjetlə əlaqədar rayon icra hakimi Rauf Həbibovun istefasını tələb ediblər. Aksiya iğtişaşlara çevrilib, Həbibovun villası yandırılıb, rayon icra hakimiyyətinin binasına ziyan dəyib. Ryon İcra Hakimiyyəti başçısı istefaya göndərildikdən sonra aksiyaçılar dağılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG