Accessibility links

İş üzrə “Xəyal” TV-nin əməkdaşlaqı, Quba bələdiyyəsinin sədri məhkəmə qarşısında dayanıb. 2011-ci il martın 1-də Quba şəhərində baş vermiş iğtişaş üzrə indiyədək 24 nəfərdən ibarət üç qrup mühakimə olunub

Xaçmaz Rayon Məhkəməsində 2011-ci il martın 1-də baş verən Quba hadisələri üzrə proses davam edib. Ötən gün “Xəyal” telekanalının jurnalistləriməhkəməyə ifadə verib.
Telekanalın icraçı direktoru Vüqar Qonaqov bildirib ki, 2011-ci il noyabrın 30-da Quba şəhər bələdiyyəsinin rəhbəri Elxan Əliyev onun yanına gələrək 22 noyabr müşavirəsindən çəkiliş barədə soruşub. Həmin iclasda rayon rəhbəri Rauf Həbibov qubalıları təhqir edib.

“Mən dedim ki, rayon administrasiyasının göstərişi ilə noyabrın 23-də bu yazını sildik. Elxan Əliyev dedi ki, bu yazı onda var və məndən xahiş etdi ki, rayon rəhbərinin çıxışından hissəni kəsim. O bildirdi ki, R.Həbibovun qubalıları təhqir etməsi ilə bağlı Bakıya şikayət gedib və odur ki, videoyazı lazımdır”, - V.Qonaqov bildirib.

V.Qonaqov videonun İnternetə düşdüyünü həmkarlarından bilib. Sonra E.Əliyev yenə də ondan videonu istəyib, ancaq bu dəfə İnternetdə yayımlanmışı.

“Mən bunu müxtəlif iki diskə yazıb saxlamaq üçün Zaur Qulievə verdim. Sonra ondan diskləri götürərək E.Əliyevə verdim. Həmin yazılarda Youtube-un loqosu var idi”, - V.Qonaqov vurğulayıb.

Fevralın 25-də V.Qonaqovu Quba İcra Hakimiyyətinə çağırıblar və soruşublar ki, Mustafa Nurullayevin adından yayılmış bu videoçarxı sosial şəbəkələrdən necə çıxarmaq olar.

“Mən həmkarlarıma zəng edərək soruşdum, onlar dedilər ki, bunu etmək mümkün deyil”, - V.Qonaqov qeyd edib.

O həmçinin deyib ki, martın 13-də saxlanılıb, ancaq ona qarşı iddia martın 17-də irəli sürülüb.

“Orada yazılmışdı ki, guya mən bələdiyyə rəhbəri Elxan Əliyevin təklifi ilə videonu hazırlamışam və Mustafa Nurullayev adı ilə İnternetdə yerləşdirmişəm”, - V.Qonaqov bildirib.

O qeyd edib ki, ilkin istintaq zamanı ifadəsini təzyiq altında, vəkilin iştirakı olmadan verib.

Öz növbəsində “Xəyal”TV-nin redaktoru Zaur Quliyev günahsız olması barədə danışıb. O deyib ki, rayon rəhbərinin çıxışının telekanalın materiallarından çıxarılmasına, bundan əlavə onun İnternetdə yayımlanmasına heç bir bağlılığı yoxdur.

Proses hazırda davam edir. İş üzrə bələdiyyə rəhbəri Elxan Əliyev də daxil olmaqla, 4 nəfər keçir. Onlar Cinayət Məcəlləsinin 233-cü (ictimai asayişin pozulmasının təşkili və ya onlarda iştirak etmə) və 309.2-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri üzrə ittiham olunurlar.

Bundan əvvəl həmin hadisə üzrə 24 nəfərdən ibarət üç qrup mühakimə olunub. Onlardan 6 nəfər real həbs cəzası alıb, qalanları şərti olaraq mühakimə ediliblər.
Martın 1-də Qubanın minlərlə sakini mitinqə çıxaraq İcra Hakimiyyətinin başçısı Rauf Həbibovun istefasını tələb edib. Etiraza onun öz çıxışında yerli sakinləri təhqir etməsi və həmin videosüjetin İnternetdə yerləşdirilməsi səbəb olub. Etiraz aksiyası iğtişaşa çevrilib, R.Həbibovun villası yandırılıb, İcra Hakimiyyətinin binasına ziyan dəyib. Şəhərə daxili qoşunlar gətirilib. Növbəti gün R.Həbibov vəzifəsindən azad edilib.
XS
SM
MD
LG