Accessibility links

Qubad İbadoğlu: "Həqiqəti dərk edənlər də müşavirədə mürdikcəsinə susurlar"


Qubad İbadoğlu (Foto Qubad İbadoğlunun Facebook səhifəsindən götürülüb)
Qubad İbadoğlu (Foto Qubad İbadoğlunun Facebook səhifəsindən götürülüb)

"Böhranla mübarizə aparmaq üçün ilk növbədə onun olduğunu etiraf etmək lazımdır. Son müşavirə göstərdi ki, hələ də hökümət səviyyəsində təşkil olunan müzakirələrdə birtərəfli prizmada iqtisadi uğurlar sadalanır". Bu sözləri yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasını şərh edərkən iqtisadi ekspert Qubad İbadoğlu bildirib. O, Facebook səhifəsində paylaşdığı şərhində son müşavirədə hakimiyyətin məsuliyyəti öz üzərində atdığını bildirib.

"Milli iqtisadiyyatın üzləşdiyi böhrandan deyil, iqtisadi çətinliklərdən bəhs olunur və çıxış edənlər onların da səbəblərini xaricdə baş verənlərlə, dünya bazarında neftin qiymətinin ucuzlaşması ilə izah edirlər. Belə yanaşmadan 2 sadə, lakin vacib nəticə hasil etmək mümkündür. Birincisi, ölkədə neqativ yöndə nə baş verirsə onların hamısı xarici amillərlə bağlanır. Bu hakimiyyətin məsuliyyəti üzərindən atmasına hesablanıb. 2) Mövcud hakimiyyətin hazırkı məqsədi kosmetik dəyişikliklərlə işgüzar görüntü yaratmaqdır ki, bu da kompleks islahatlardan yayınmağa yönəlib. Baxmayaraq ki, Azərbaycanda böyük əksəriyyət başa düşür ki, milli iqtisadiyyatın nicatı təxirəsalınmadan təcili və kompleks islahatlara başlamaqdadır. Bu həqiqəti dərk edənlərin bir qrupu da müşavirədə iştirak edənlər sırasında olsalar da, hələ də mürdikcəsinə susurlar. Çünki, islahatlar üçün əhəmiyyətli olan olunan siyasi iradə yoxdur" - deyə Qubad İbadoğlu Facebook statusunda yazıb.

Xatırladaq ki, yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında prezident İlham Əliyev bahalaşma və qiymət artımı haqda danışıb.

XS
SM
MD
LG