Accessibility links

Qubad İbadoğlu: Azərbaycanın iqtisadi və beynəlxalq inteqrasiya problemləri daha da artacaq [Video-Müsahibə]


Qubad İbadoğlu: Azərbaycanın iqtisadi və beynəlxalq inteqrasiya problemləri daha da artacaq
please wait

No media source currently available

0:00 0:07:15 0:00

"Mədən Sənayesində Şəffaflığın Artırılması" Qeyri Hökumət Təşkilatları (QHT) Koalisiyasının şura üzvü Qubad İbadoğlu Amerikanın Səsinə müsahibəsində Azərbaycanın Açıq Hökumət Tərəfdaşlığında statusunun endirilməsinin yaradacağı problemlər, hökumətin öhdəlikləri, problemlər və QHT-lərə qarşı münasibətdən danışıb.

Amerikanın Səsi: Mayın 4-də Açıq Hökumət Tərəfdaşlığının Rəhbər Komitəsi Azərbaycanın statusunu tamhüquqlu üzvlükdən qeyri-aktiv ölkə statusuna endirib. Buna səbəb nədir?

Azərbaycan hökumətinin Açıq Hökumət Tərəfdaşlığı Proqramına laqeyd münasibəti, həm də regional səviyyədə tədbirlərə qatılmaması, müzakirələrdə iştirak etməməsi, fəaliyyətsiz olması belə bir qərarın verilməsini şərtləndirdi.

Qubad İbadoğlu: Başlıca səbəb Azərbaycanda vətəndaş cəmiyyətinin fəaliyyəti üçün mövcud olan məhdudiyyətlərin və çətinliklərin Azərbaycan hökuməti tərəfindən aradan qaldırılmamasıdır. Eyni zamanda digər səbəblər də var. Digər səbəblərdən biri Azərbaycan hökumətinin 2012-2015-ci illər üçün milli fəaliyyət planı başa çatdıqdan sonra yeni dövr üçün nəzərdə tutulan milli fəaliyyət planını gecikdirməsi ilə bağlı idi. Bununla bağlı Azərbaycan hökumətinə 2015-ci il iyulun 1-dək vaxt verilmişdi, sonra bu müddət həmin ilıin sonuna kimi artırıldı. Amma, təəssüflər olsun ki, yalnız bu il aprelin 27-də prezident belə bir sənədi imzaladı. Bu da artıq gec idi və artıq 2016-cı il başlamışdı, üç ay sonra imzalanmış sənəd də təbii ki, qarşı tərəfi təmin edə bilməzdi. Bundan başqa, hesab edirəm ki, Azərbaycan hökumətinin Açıq Hökumət Tərəfdaşlığı Proqramına laqeyd münasibəti, həm də regional səviyyədə tədbirlərə qatılmaması, müzakirələrdə iştirak etməməsi, fəaliyyətsiz olması belə bir qərarın verilməsini şərtləndirdi.

Amerikanın Səsi: Azərbaycana Açıq Hökumət Tərəfdaşlığı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmək üçün 1 il vaxt verilib. Sizcə növbəti bir ildə Azərbaycan öhdəliklərini yerinə yetirə biləcəkmi, o cümlədən vətəndaş cəmiyyəti ilə bağlı problemləri aradan qaldıra biləcəkmi?

Qubad İbadoğlu: Burada iki məsələ var. Birinci məsələ ondan ibarətdir ki, beynəlxalq təşkilat Azərbaycan hökumətinə islahedici bir plan verməlidir. Bu plan bir il ərzində Azərbaycan hökumətinin hansı işləri görməsi ilə bağlıdır və hökumətə təqdim olunmalıdır. Hesab edirəm ki, Azərbaycan hökuməti, hakimiyyəti istəsə onu bir ay ərzində də həll edə bilər. Çünki bu siyasi iradədən asılıdır. Bu istiqamətdə əsas məsələ vətəndaş cəmiyyəti üçün mövcud baryerlərin aradan qaldırılması, eyni zamanda vətəndaş cəmiyyəti institutları arasında diskriminasiyaya yol verilməməsi ilə bağlıdır. Azərbaycan hakimiyyəti indiyə qədərki fəaliyyətində yalnız seçilmiş və hökumətyönümlü vətəndaş cəmiyyəti institutları ilə belə bir proqramın müzakirəsi, məsləhətləşməsi və digər məsələlərlə bağlı işlər görüb. Amma indiki halda, Azərbaycan hakimiyyəti yeni dövr üçün (əgər statusunu geri qaytarmaq istəyirsə) vətəndaş cəmiyyətləri arasında heç bir fərq qoymadan, xüsusən də müstəqil vətəndaş cəmiyyətinin iştirakı ilə ictimai platforma yaratmalı, eyni zamanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə olan baryerləri aradan qaldırmalıdır.

Amerikanın Səsi: Azərbaycan hökuməti öhdəliklərini yerinə yetirməsə təsirləri nə olacaq?

Azərbaycanın indiki dövrdə həm iqtisadi baxımdan, həm betynəlxalq inteqrasiya nöqteyi nəzərindən problemlərini daha da artıracaq.

Qubad İbadoğlu: Bir sıra təsirləri olacaq. Hesab edirəm ki, ciddi təsirlərdir. Çünki, indiki halda nəzərə alsaq ki, Azərbaycan iqtisadi cəhətdən böhran dövrünü yaşayır, Azərbaycan üçün investisiya, xaricdən kredit cəlb olumması çox vacib məsələlərdən biridir. Hesab edirəm ki, ölkəmizin investisiya reytinqinin, eyni zamanda borclara çıxışı ilə bağlı problemlərinin mövcudluğu bu qərarla əlaqəli olacaq. Eyni zamanda, ən ciddi məsələlərdən biri açıq hökumətdir. Bu isə daha çox korrupsiyaya qarşı mübarizə, şəffaflıq, hesabatlılıqla bağlıdır. Ona görə də hesab edirəm ki, növbəti dövr üçün Azərbaycanın korrupsiyanın qavranma indeksinin də aşağı düməsi gözləniləcək. Həm korrupsiyanı qavrama indeksinin aşağı düşməsi, həm investisiya, həm kredit reytinqinin azalması bütövlükdə Azərbaycanın indiki dövrdə həm iqtisadi baxımdan, həm betynəlxalq inteqrasiya nöqteyi nəzərindən problemlərini daha da artıracaq.

Amerikanın Səsi: Yəni, beynəlxalq maliyyə koorporasiyaları, o cümlədən Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma Bankı Azərbaycana investisiyalar yönəldə bilərmi? Böyük layihələrin maliyyələşdirilməsi məsələlərində problemlər yaranmazmı?

Qubad İbadoğlu: Azərbaycanın istədiyi vəsait kifayət qədər böyük məbləğlə ifadə olunur. Yəni milyardlardan söhbət gedir. Bunu da adi kommersiya banklarından götürmək mümkün deyil. Bunu dünyanın beynəlxalq maliyyə-kredit təşkilatlarından almaq mümkündür. Beynəlxalq maliyyə-kredit təşkilatları isə öz prinsiplərinə sadiqidirlər. Əgər sonadək prinsiplərinə sadiqlik nümayiş etdirəcəklərsə, o halda Azərbaycan kimi şəffaflığa, hesabatlılığa hörmət etməyən ölkələrlə əməkdaşlığın perspektivi görsənmir. Amma, burada müəyyən korporativ maraqlar, müəyyən dövlət maraqları var. Bu baxımdan mən bəri başdan deyə bilmərəm ki, bu həmin o borcların və danışılqarın dayandırılmasına gətirib çıxaracaq. Ancaq, hesab edirəm ki, o istiqamətdə danışıqlara mənfi təsir göstərəcək.

Amerikanın Səsi: Azərbaycan 2011-ci ildə bu təşkilata qoşulduqdan sonra 2012-2015-ci illər üçün açıq hökumət, həmçinin korrupsiyaya qarşı mübarizə ilə bağlı fəaliyyət planı qəbul etdi. Bu planların yerinə yetirilməsi beynəlxalq qurumları qane edibmi?

Qubad İbadoğlu: Təbii ki, yox. Qane etsə idi yəqin ki, belə bir qərar verməzdilər. Çünki Azərbaycanda planların yerinə yetirilməsi ilə bağlı həm beynəlxalq təşkilatlar, həm də yerli təşkilatlar tərəfindən monitorinq aparılır. Monitorinqlər göstərir ki, xsüsusilə informasiyaya çıxış imkanlarının asanlaşdırılması, maliyyə nəzarətini həyata keçirən orqanların şəffaflığı ilə bağlı ciddi problemlər var. Ən böyük problemlərdən biri ondan ibarətdir ki, ümumiyyətlə bu plan həm yerli, həm də mərkəzi icra hakimiyyətlərini əhatə etsə də yerli icra hakimiyyəti səviyyəsində demək olar ki, planın reallaşdırılması çox aşağıdır, zəifdir. Eyni zamanda, bu planın reallaşdırılmasında ən vacib məsələlərdən biri də hər bir mərkəzi icra hakimiyyətinin və yerli icra hakimiyyətlərinin həmin planla bağlı hesabatlarını açıqlamasıdır. Bu hesabatlar əlçatan olmalıdır. Həm də hər bir vətəndaş bunu əldə edə bilməlidir. Amma, təəssüflər olsun ki, indi açıq məlumatlar hesab olunan hesabatlara çıxış imkanları da məhduddur. Bu baxımdan hesab edirəm ki, bütövlükdə (proqramın müəyyən istiqamətlərində hətta proqres də var, müsbət dəyişikliklər də var) açıq hökumət tərəfdaşlığının iki mühüm elementi, - informasiyaya çıxış imkanlarının asanlaşdırılması, maliyyə şəffaflığının artırılması istiqamətində hələ də problemlər qalır.

Amerikanım Səsi: Məmurların vergi öhdəliyi ilə bağlı bəyannamənin nümunəsi barədə Azərbaycan prezidenti 2006-cı ildə Nazirlər Kabinetinə tapşırıq verib. Hələ də Nazirlər Kabineti bəyannamənin nümunəsinin hazırlanması ilə bağlı tapşırığı yerinə yetirməyib. Bu, 2016-cı ildə qəbul edilən yeni açıq hökumət fəaliyyət planına yenə də salınıb. Bununla bağlı nə deyə bilərsiniz?

Qubad İbadoğlu: Həm onda, həm də indi hiss olunur ki, deklarativ xarakter daşıyır. Çünki biz də bu istiqamətdə təkliflərimizi vermişdik. Biz hesab edirdik ki, o məlumatlar açıq olmalıdır, elektron informasiya mənbələrində yerləşdirilməlidir. Amma, indiki halda yenə də nəzərdə tutulur ki, bu istiqamətdə tədbirlər görülməlidir. Bu baxımdan hesab etmirəm ki, yaxın dövrlərdə bu istiqamətdə ciddi addımlar atılacaq.

Amerikanın Səsi: Hökumətə təklifləriniz varmı?

Hesab edirəm ki, növbəti dövr üçün milli fəaliyyət planının ən zəif yerləri də məhz elə fiskal-şəffaflıq, məhkəmə hakimiyyətinin müstəqilliyi və eyni zamanda biznes təşkilatlarının bu prosesdə iştirak imkanlarının yaradılmaması ilə bağllıdır.

Qubad İbadoğlu: Təkliflərimiz kifayət qədər çoxdur. Biz hətta hökumətin hazırladığı yeni plandan da çox olan təkliflərlə çıxış etmişdik. Xüsusilə də, bizim təkliflərimiz maliyyə-fiskal şəffaflığı əhatə edir. Çox təəssüflər osun ki, maliyyə-fiskal şəffaflıq, məhkəmə hakimiyyətlərinin müstəqilliyi sahəsində, bir də biznes institutlarının bu prosesə cəlb olunması istiqamətində verdiyimiz təkliflər nəzərə alınmayıb. Hesab edirəm ki, növbəti dövr üçün milli fəaliyyət planının ən zəif yerləri də məhz elə fiskal-şəffaflıq, məhkəmə hakimiyyətinin müstəqilliyi və eyni zamanda biznes təşkilatlarının bu prosesdə iştirak imkanlarının yaradılmaması ilə bağlıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG