Accessibility links

Qubad İbadoğlu: İdxalda monopoliya və rüşvətin qarşısı alınmalıdır


Qubad İbadoğlu

Qubad İbadoğlu

Ölkəyə xaricdən yumurta gətirənlər onun bütün xərclərini ödədikdən sonra 418 faiz, toyuq əti gətirənlər 276 faiz, düyü gətirənlər 253 faiz, sabun gətirənlər 234 faiz, pendir gətirənlər 230 faiz, bitki yagları gətirənlər 196 faiz, mal əti gətirənlər 159 faiz, çay gətirənlər 142 faiz, yuyucu töz gətirənlər 121 faiz, kərə yağı gətirənlər 103 faiz, makaron gətirənlər 97 faiz, şəkər gətirənlər 2 dəfədən çox bahasına satırlar. Bu barədə Azərbaycan Demokratiya və Rifah Hərəkatının rəhbəri, iqtisadçı alim Qubad İbadoğlu Facebook səhifəsində rəsmi statisik rəqəmlərə isitinadən yazıb.

İdxalın statistikası

İdxalın statistikası

O idxalda monopoliya və rüşvətın qarşısı alındığı halda əsas istehlak mallarının qiymətləri nə qədər ucuzlaşa bilər” sualına vababda bildirir ki, informasiya mənbəyi olaraq Dövlət Statistika Komitəsinin ötən il nəşr etdiyi “Xarici ticarət” və “Qiymət statistikası” nərşlərindən istifadə edib, kalkulyasiya və qiymətlərin müqayisəsi metodları ilə apardığı hesablamalar gerçək mənzərənin xeyli acınacaqlı olduğunu aşkara çıxarıb.

“Eyni zamanda təhlillər bir daha göstərir ki, Azərbaycanın istehlak bazarında idxal mallarının qiymətinin ucuzlaşdırılması potensialı yüksəkdir. Sadəcə bunun üçün İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yalnız magazalarda deyil, həm də və əsasən idxalda prosesində monitorinqlər aparmalı və ayda bir dəfə əsas istehlak mallarının idxal qiymətləri ilə pərakəndə satış qiymətlərinin müqayisəli cədvəlini hazırlayıb, dövrü mətbuatda nəşr etməlidirlər”.

İqtisadçı alim qiyməıtlərin aşağı salınmasını iki mühüm səbəbdən mümkün sayır. “Birincisi, bu və digər məhsulların idxalı monopoliyadadır, inhisarçılar qiyməti diktə edirlər, ikincisi, gömrük rüşvəti və digər qeyri-rəsmi ödənişlər malın maya dəyərindən dəfələrlə çoxdur, o da son nəticədə məhsulun satış qiymətində maddiləşir və onu bahalaşdırır. Hər 2 halda məsuliyyət İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinın üzrərinə düşür”.

Qubad İbadoğlu səhifəsində gömrükdə əks olunan qiymətlər barədə Dövlət Statistika Komitəsinin rəsmi sənədini də yayıb.

İbadoğlunun şərhinə rəsmi qurumlar hələ reaksiya verməyib.

XS
SM
MD
LG