Accessibility links

ADR sənədlərini yenidən Ədliyyə Nazirliyinə təqdim edəcək


Qubad İbadoğlu
Qubad İbadoğlu

Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsi Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatı (ADR) İctimai Birliyinin qeydiyyatla bağlı təqdim etdiyi sənədləri geri qaytarıb. Bu barədə Qubad İbadoğlunun özü Amerikanın Səsinə bildirib.

Qubad İbadoğlu Ədliyyə Nazirliyinin cavabını siyasi adlandırıb.

“Əslində baş verənlər bizim üçün gözlənilən idi. Çünki, Ədliyyə Nazirliyinin qərarı hüquqi müstəvidə deyil, siyasi əsasda verəcəyinə şübhəmiz yox idi. Amma, bütün bunlara baxmayaraq Azəbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının dövlət qeydiyyatı ilə bağlı sənədlərini "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında“ və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunlarının tələblərinə uyğun surətdə hazırlayaraq Ədliyyə Nazırliyinə təqdim etmişdik. Sənədlərin hazırlanması və təqdimatı prosesi ADR Hərəkararının üzvü olan hüquqşünaslarla məsləhətləşərək müvafiq qanunvericliyə uyğun həyata keçirilsə də Ədliyyə Nazirliyi ADR Hərəkatını qeydiyyata almaqdan imtina etmiş və bəzi texniki iradlarla sənədləri geri qaytarmışdır. Həmin iradlar nəzərə alınmaqla ADR Hərəkatının sənədlərini yaxın günlərdə yenidən qeydiyyata təqdim edəcəyik. Bu istiqamətdə fəaliyyətimizi Azərbaycan qanunvericiliyi əsasında davam etdirmək niyyətindəyik. Əgər yenidən qeydiyyatdan imtina olunarsa o halda ADR Hərəkatının İdarə Heyətinin qərarları əsasında növbəti addımlarımızı müəyyənləşdirəcəyik”, deyə o, Amerikanın Səsinə bildirib.

Müsavat Partiyası başqanlığına sabiq namizəd Qubad İbadoğlu və tərəfdarları “Azərbaycan Demokratiya və Rifah” (ADR) Hərəkatının yaradılması haqqında 2014-cü il dekabrın 4-də bəyannamə yayıb. 2015-ci il fevralın 21-də təsis konfransı keçirilib.

Bəyannamədə bildirilir ki, yeni yaradılan hərəkatın məqsədi Azərbaycanda etnik, dini, siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir ölkə vətəndaşının hüquq və azadlıqlarını və yüksək rifahını təmin edəcək azad, demokratik cəmiyyətin və hüquqi dövlətin qurulmasına töhfə verməkdir.

XS
SM
MD
LG