Accessibility links

Qubad İbadoğlu: Minik avtomobillərində daşınan sərnişinlərin sayını artırmaq lazımdır


Qubad İbadoğlu
Qubad İbadoğlu

İqtisad elmləri doktoru Qubad İbadoğlu Bakıda avtomobil tıxaclarının aradan qaldırlması yolları ilə bağlı Facebook səhifəsində məqalə paylaşıb. O regionlardan olan avtomobillərin gündüz saatlarında Bakı şəhərinə girişinə qadağa qoyulmasını qəbul etmir.

Məqalədə deyilir:

Statistik məlumatlara görə San-Marinoda hər min nəfərə 1263 maşın düşür, ABŞ-da bu göstərici 1000 yaxınlaşır. 2015-ci il yanvar ayının 1-i vəziyyətinə Azərbaycanda hər 1000 nəfərə düşən minik avtomobillərinin sayı isə 117 ədəd təşkil edib. Bu ilin ilk 8 ayında ötən ilin eyni dövrü ilə müqayisədə ölkəmizə avtomobil idxalının yarıya qədər azalmasına baxmayaraq Bakı şəhərində avtomobil yollarında sıxlıq probemi hələ də tənzimlənməsi müşkül olan problem kimi aktuallığını saxlayır. Dünyanın böyük şərhərlərinə xas olan bu problemin həllinin müxtəlif yolları olsa da eyni ölkə daxilində avtomobillərin hərəkətinin bir ərazı vahidindən o birisinə daxil olmasının məhdudlaşdırılması praktikasına nadir hallarda rast gəlinir. Lakin, bəzi ölkələrdə bu problemin həlli üçün avtomobillərdə sərnişinlərin sayına məhdudiyyətlər qoyulması halları mövcuddur. Məsələn, Vaşinqtonda iş saatlarında paytaxta gedən və paytaxtdan gələn, sərnişinlərinin sayı 2 və ya 3-dən çox olan minik maşinları üçün ayrıca hərəkət zolağı vardır. Adətən bu zolağda sıxlıq müşahidə olunmur. Bu qayda bir tərəfdən bir avtomobildə daşınan sərnişinlərin sayının səmərliliyini, digər tərəfdən də ekoloji saglamlığı təşviq edir. Odur ki, Azərbaycanda da rayondan gələn minik avtomobillərinin Bakı şəhərinə daxil olmasını məhdudlaşdırmaq əvəzinə, avtomobildə daşınan sərnişinlərin sayının stimullşadırılmasına yönələn tədbirlər həyata keçirmək məqsədəmüvafiq olardı. İkincisi, iş günləri ilə istirahət günlərində hərəkət tənzimlənməsi fərqli qaydalarda aparılmalıdır. Dünyanın Nyu-York və Vaşinqton kimi böyük şəhərlərdə istirahət və bayram günləri maşınlar üçün nəzərdə tutulan bələdiyyələrə məxsus olan park yerlərində ödəniş haqqı alınmır. Bu da həmin şəhərlərdə hərəkətin proporsionallığına müsbət təsir göstərir. Nəhayət, sıxlığın aradan qaldırılması məqsədilə ictimai nəqliyyatın hərəkətinin düzgün tənzimlənməsi çox vacibdir. Bunun üçün onların hərəkət marşrutlarının və dayanacaqlarının umumi istifadə olan yollardan ayrılması təcrübəsi də tətbiq oluna bilər.

XS
SM
MD
LG