Accessibility links

Qubad İbadoğlu: Mərkəzi Bank banklara sərbəstlik verməlidir


Mərkəzi Bank
Mərkəzi Bank

İqtisad elmləri doktoru Qubad İbadoğlu hazırda ölkədə yaranmış dollar qıtlığı və qara bazar məzənnəsinə münasibət bildirib. Onun Facebook səhifəsində yaydığı şərhini təqdim edirik:

Artıq 1 həftədir ki, ötən ilin dekabrın 21-dən elan etdiyi üzən məzənnə siyasətinə keçiddən imtina edən Mərkəzi Bank valyuta bazarında formalaşdırdığı hazırkı situasiya ilə özünü daha pis vəziyyətə salıb.

Azərbaycan Respublikası Mərkəzi Bankının 2016-cı il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyənatında qeyd olunur ki, uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bank “üzən məzənnə rejiminə”nə keçid barədə qərar qəbul edib.

Bu keçid taktiki olaraq makroiqtisadi manevr xarakterini daşımış, strateji olaraq isə milli iqtisadiyyatın şaxələndirilməsi strategiyasının dəstəklənməsinə yönəlmişdir. Artıq 1 həftədir ki, ötən ilin dekabrın 21-dən elan etdiyi üzən məzənnə siyasətinə keçiddən imtina edən Mərkəzi Bank valyuta bazarında formalaşdırdığı hazırkı situasiya ilə özünü daha pis vəziyyətə salıb.

20 ildən sonra yenidən "qara valyuta bazar"ının yaranıb.

Görünür ki, Mərkəzi Bank apardığı yalnış məzənnə siyasətini davam etdirərsə tezliklə valyuta bazarına da nəzarəti itirə bilər. Əvvəlcə mübadilə məzənnəsini formalaşdırmaq üçün banklara sərbəstlik verən Mərkəzi Bank, sonradan mübadilə məzənnəsinin dəyişməsini 4 faizlik marja ilə limitləşdirməklə geriyə addım ataraq bəyan etdiyi prinsiplərə də zidd getdi. Bu da onun valyuta bazarında gedən proseslərə tərs imkanlarını zəiflədərək, 20 ildən sonra yenidən "qara valyuta bazar"ının yaranmasını şərtləndirdi. Hazırda Azərbaycan manatının ABŞ dollarına və Avroya qarşı məzənnəsində müşahidə olunan "qara bazar" məzənnəsi rəsmi məzənnədən 50 faizədək yuxarıdır. Bu göstərir ki, Mərkəzi Bank inzibatı yollarla banklarda və mübadilə məntəqələrində dollar qıtlığı yaratdıqca bu fərq daha da böyüyəcək və "qara bazar" daha əlverişli mübadilə məzənnəsi təklif etməklə cəlbediciliyini artıracaq. Hətta dollarını satmaq istəyənlər belə banklara və ya onların mübadilə məntəqlərərinə deyil, "qara bazar"a üz tutacaqlar. Bu isə dekabrın 1-nə olan məlumata görə, valyuta ilə depozitlərin cəmi əmanətlərdə 76 faizə çatması ilə pul kütləsinin tənzimlənməsinə təsirini getdikcə itirən Mərkəzi Bankın əlavə olaraq valyuta bazarında da imkanlarını məhdudlaşdırır və manat üçün daha pis perspektiv vəd edir. Odur ki, Mərkəzi Bank bazarda real olaraq formalaşan məzənnəni etiraf etməli və mübadilə məzənnəsini formalaşdırmaq üçün banklara sərbəstlik verməlidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG