Accessibility links

Qubad İbadoğlu: Susmaq niyyətində deyiləm - bu, həbs təhlükəsini artırır [Audio-müsahibə]


Qubad İbadoğlu
Qubad İbadoğlu

İctimai Təşəbbüslər Mərkəzinin rəhbərinin Amerikanın Səsinə müsahibəsi

İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri Qubad İbadoğlu Amerikanın Səsinə müsahibəsində həbs olunma reallığı, şəxsi və rəhbərlik etdiyi təşkilatın bank hesablarının dondurulması, QHT-lərə qarşı istintaq işi, şahid qismində dindirilməsindən danışıb.

Qubad İbadoğlu ilə müsahibə
please wait

No media source currently available

0:00 0:08:01 0:00
Artan təzyiqlər və siyasi qərarın verilməsi buna sübutdur.

“Son günlər mənim fəaliyyətimin məhdudlaşdırılması ilə bağlı bir sıra qərarlar qəbul olunub. Nəsimi və Səbayel rayon məhkəmələri rəhbərlik etdiyim təşkilatın və şəxsi bank hesablarımın dondurulması ilə bağlı qərarlar qəbul edib. QHT-lərlə bağlı cinayət işi üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə şahid qismində dəvət olunmuşam. Artan təzyiqlər və siyasi qərarın verilməsi buna sübutdur”, Q.İbadoğlu həbs olunacağı reallığı ilə bağlı sualın cavabında bildirib.

Onun sözlərinə görə bu günlərdə Beyləqanda prezident İlham Əliyev də bu işi fəaliyyətlərinin bir hissəsinə çevirdiyini bildirib. “Azərbaycanda xarici donorlarla əməkdaşlıq edən QHT-lər demək olar ki, hədəfdədir. Başqa bir narahatlıq yaradan cəhət isə odur ki, başqa həmkarlarımız da eyni üsulla həbs olunub”.

Azərbaycanda xarici donorlarla əməkdaşlıq edən QHT-lər demək olar ki, hədəfdədir.

O deyib ki, ölkəni tərk etmək fikrində deyil. “Eyni zamanda susmaq da niyyətində də deyiləm. Bununla bağlı müzakirələrə başlamaq fikrindəyəm. O baxımdan, bu da həbs təhlükəmi artıran amillərdən biri hesab oluna bilər”, İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri qeyd edib.

Bu da həbs təhlükəmi artıran amillərdən biri hesab oluna bilər.

Bununla yanaşı Q.İbadoğlu həbs olunacağı ilə bağlı istintaq tərəfindən bir söz deyilmədiyini və ya izahat verilmədiyini bildirib. “Sadəcə olaraq şahid qismində dindirilmək üçün çağırılmışam. Amma mən görürəm ki, böyük bir istintaq işi var və bu iş bir müddət sonra məhkəməyə göndəriləcək. Ola bilər ki, məhkəmədə beynəlxalq donor kimi Azərbaycanda fəaliyyət göstərən QHT-lərin bir qisminə cəza verilsin. Bu gözləniləndir və istintaq genişlənir. Təbii ki, istintaq işinin genişləndirilməsi həbs və digər cəzalarla bağlı qərarın verilməsini əsaslandırmaq üçündür”.

İstintaq işinin genişləndirilməsi həbs və digər cəzalarla bağlı qərarın verilməsini əsaslandırmaq üçündür.

O rəhbərlik etdiyi təşkilatın və şəxsi bank hesablarının dondurulması barədə məhkəmələrlə bağlı xəbərdar edilməyib. “Bu böyük qanun pozuntusudur. Biz məhkəmə ilə bağlı qabaqcadan xəbərdar olunmamışıq, məhkəmələr qapalı keçirilib. Hansı istintaq işi aparılması və hansı işlə əlaqəli olduğumuz barədə məlumatlı deyilik. Bu beynəlxalq öhdəliklərə ziddir. Bizimlə bağlı məhkəmə çəkişməsi barədə xəbərdar olmalı idik və bizdən də izahat istənilməli idi”

Biz son 5 ildə Azərbaycan dövlət büdcəsinə və Sosial Müdafiə Fonduna 100 min manatdan çox vergi ödəmişik.

Q.İbadoğlunun sözlərinə görə təşkilatının aldığı bütün qrantlar Ədliyyə Nazirliyində qeydiyyata alınıb və nazirliyin reyestrində bu barədə məlumatlar var. “Eyni zamanda bizim özümüz də istər fərdi, istərsə də təşkilatlarda fəaliyyətimizlə bağlı bütün növ vergiləri vaxtında ödəmişik və hesabatları da vaxtında dövlət orqanlarına çatdırmışıq. Təşkilatımızın mühasibat sistemi peşəkardır və beynəlxalq standartlara tam cavab verir. Biz son 5 ildə Azərbaycan dövlət büdcəsinə və Sosial Müdafiə Fonduna 100 min manatdan çox vergi ödəmişik. Vergi ödənişi qəpiyinə qədər həyata keçirilib”.

O bank hesablarının dondurulması ilə bağlı Nəsimi və Səbayel rayon Məhkəmələrinin qərarından apellyasiya şikayəti verib. “Bununla yanaşı bir daha bildirirəm ki, prokurorluq dəvət edərsə bir daha gedib bütün sualları cavablandırmağa hazıram”.

İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri qərb və ABŞ mənbələrindən maliyyələşən QHT-lərin bank hesablarının dondurulmasının səbəblərindən danışarkən deyib ki, Azərbaycan prezidenti də banklara gələn vəsaitlərin haradan daxil olması, haraya xərclənəsi ilə bağlı məlumatlı olduğunu deyib.

Belə təsəvvür yaradırlar ki, guya Avropa, Amerika mənbəli donorlar QHT-lərə milyonlarla vəsait verir və vəsaitin bir hissəsi Azərbaycanı istəməyən qüvvələrin təşəbbüsü ilə guya müəyyən dəyişikliklərin, inqilabın həyata keçirilməsinə sərf olunur.

“Təbii ki, bu mümkündür. Azərbaycan bank sistemi bu informasiyaları alır. Azərbaycanın maliyyə monitorinq sistemi uzun müddətdir işləyir və istənilən mədaxil, istənilən köçürmə ilə bağlı onların məlumatı var. Bütün bunlara baxmayaraq çox şişirdilmiş rəqəmlərlə, belə təsəvvür yaradırlar ki, guya Avropa, Amerika mənbəli donorlar QHT-lərə milyonlarla vəsait verir və vəsaitin bir hissəsi Azərbaycanı istəməyən qüvvələrin təşəbbüsü ilə guya müəyyən dəyişikliklərin, inqilabın həyata keçirilməsinə sərf olunur. Əslində nə ortada o vəsait, nə də inqilabı həyata keçirəcək resurslar yoxdur. Ümumiyyətlə belə bir istək də yoxdur və bu mümkün olan da deyil. Sadəcə olaraq bu cəfəngiyat və uydurmadır .

Çox təəssüf ki, bu cəfəngiyat və uydurma son nəticədə istintaq materiallarında əksini tapır. Bundan isə QHT-lər əziyyət çəkir, 20-dən çox QHT-nin hesabına həbs və bir o qədər də QHT-nin hesabına blok qoyulub”.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG