Accessibility links

Azərbaycan Demokratiya və Rifah Hərəkatı təsis edilib


Azərbaycan Demokratiya və Rifah Hərəkatı- ADR
Azərbaycan Demokratiya və Rifah Hərəkatı- ADR

Fevralın 21-də Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının təsis konfransı keçirilib.

ADR Hərəkatının Təşkilat Komitəsini 2014-cü il dekabrın əvvəlində tanınmış iqtisadçı Qubad İbadoğlu başda olmaqla Müsavat Partiyasının bir qrup rəhbər xadımi və fəalı yaradıb.

Təsis konfransında 250-yə yaxın nümayəndə - Azərbaycan vətəndaş cəmiyyətinin görkəmli nümayəndələri, ziyalılar, Qarabağ müharibəsi veteranları və başqaları iştirak ediblər.

Qubad İbadoğlu
Qubad İbadoğlu

Konfransda Q.İbadoğlunun başçılığı ilə hərəkatın rəhbər orqanları formalaşdırılıb.

Q.İbadoğlu ADR Hərəkatını ölkənin gələcəyini xilas etmək üçün sağlam, saf, dürüst adamların birliyi adlandırıb.

ADR Hərəkatı vətəndaş cəmiyyətinin formalaşmasında, ölkədə demokratiyanın qurulmasında rolu olacağına inanır.

ADR Hərəkatı hesab edir ki, ilk növbədə siyasi məhbuslar azadlığa buraxılmalı, vətəndaşların siyasi motivlərlə təqib olunmasına son qoyulmalı, vətəndaş cəmiyyətinin əsas sütunu olan QHT-lərin fəaliyyətinə şərait yaradılmalıdır.

Bu günədək ADR Hərəkatı respublika ərazisinin üçdə birini əhatə edir. İlin sonuna kimi 90% inzibati-ərazi vahidində yaradılması nəzərdə tutulur.

Azərbaycan Demokratiya və Rifah Hərəkatı- ADR
Azərbaycan Demokratiya və Rifah Hərəkatı- ADR

Bu gün ADR Hərəkatının nizamnamə və 2015-ci il üçün fəaliyyət proqramı qəbil edilib.

Xatırladaq ki, Q.İbadoğlu Müsavat Partiyası sədri postuna namizəd idi, lakin qurultayda Arif Hacılı sədr seçilib.

Q.İbadoğlu seçkilərin nəticələrini tanıyıb, lakin qurultay nümayəndələrinin seçim metodikası ilə razılaşmayıb, belə ki, bu, nəticələri əvvəlcədən bəlli edir. Bu bəyanatlar və bu mövzuda diskussiyalar kəskin tənqidi xarakter alıb və Müsavat Partiyası rəhbərliyi bunu parçalanma və partiya intizamının pozulması kimi qiymətləndirib. Sonda Q.İbadoğlu partiya sıralarından xaric edilib. Onun ardınca xeyli sayda müsavatçı təşkilatı tərk edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG